Bütün xəbərlər
Telman Isgəndərov adına 142 nömrəli məktəbdə Azərbaycanın Dövlət müstəqilliyi günü qeyd olundu
Tarix: 19-10-2019 01:54 | Bölmə: Digər

Azərbaycan Respublikasında Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasından 28 il ötür. Ulu Öndər Heydər Əliyev demişdir ki, "Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, saxlanılması,daimi və əbədi olması bundan da çətindir". Bu gün müstəqil Azərbaycanımızın sürətli inkişafı üçün Azərbaycan xalqı məhz ulu Öndər Heydər Əliyevə minnətdardır.
                             
Sabunçu rayonu Telman Isgəndərov adına 142 nömrəli tam orta məktəbdə 18 Oktyabr- Azərbaycanın Dövlət müstəqilliyi günü qeyd olundu.10 a və 10 b sinif rəhbərləri Əsgərova Fatimə və Əliyeva Sevincin hazırladığı ssenari əsasında şagirdlər məzmunlu, gözəl çıxışlar etdilər. Onlar söylədiyi şeirlərdə ,oxuduğu mahnılarda Azərbaycanı ,Ulu Öndəri tərənnüm etdilər.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az










Baxış sayı: 534


Bölməyə aid digər xəbərlər