Bütün xəbərlər
Qonşusunu öldürdü, meyitini 6 il divarda gizlətdi
Tarix: 10-10-2019 12:38 | Bölmə: Digər

                                

ABŞ-ın Kaliforniya ştatında qorxunc qətlin üstü açılıb.
Trend-in məlumatına görə, qətl Los Anceles şəhərində baş verib. Şəhər sakini Reyven Kempbell 2009-cu ildən itkin düşmüş kimi qeydə alınıb. 2015-ci ildə onun ailəsinə daxil olan anonim zəngdən sonra ailə polisin köməyi ilə yenidən araşdırmalara başlayıb.
Anonim zəng bina sakini tərəfindən olunub və deyilib ki, həmin şəxsin meyiti yaşadığı mənzilin divarında gizlədilib. Polis həqiqətən itən şəxsin meyitini divara hörülmüş şəkildə tapıb. Qonşular isə çürümüş meyit qoxusuna görə belə qənaətə gəliblər.
Məlum olub ki, R.Kempbell qonşusu 47 yaşlı Rendolf Qarbatt tərəfindən qətlə yetirilib. Onun küt alətlə zərbədən öldüyü müəyyənləşdirlib. Qatil isə illər sonra 11 il azadlıqdan mərhumetmə cəzası alıb.


Baxış sayı: 468


Bölməyə aid digər xəbərlər