19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
Dövrünün tanınmış din xadimi Axund Kərbəlayi Həmid
Tarix: 08-08-2023 17:41 | Bölmə: Sosial

Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əmin–amanlıq şəraitində yaşadığını görürük. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət–din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Azərbaycanın dilbər güşəsi, Cənub mirvarisi olan Lənkəran tarixən islam dinini, şəriəti təbliğ edən molla və axundları ilə tanınmışdır. Müsəlman ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da dini lider xüsusi nüfuz sahibi olub. 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. Bütün qadağalara baxmayaraq insanlar sövet dövründə də İslam dininin qayda–qanunlarını qoruyub saxlamışlar. Bu dövrdə namaz qılan, oruc tutan, dinin vacibatlarını yerinə yetirənlər az olmamışdır. İnsanın cəmiyyətdə həqiqi nüfuzunun tək göstəricisi – onun sözü ilə əməlinin həmişə üst–üstə düşməsidir. Söz ilə əməlin daim üst–üstə düşməsi də o zaman baş verir ki, insan əqidə adamı olur, hər bir hərəkətində iman tərəzisindən istifadə edir. Əlbəttə, xalqın da gözü tərəzidir. Xalqın gözündə şəxsiyyətlərin formalaşmış obrazları var. Bir din xadimi də əgər insanları doğru yola dəvət edirsə, əvvəlcə onun özü doğru adam olmalıdır. Azərbaycanda bu sahədə görkəmli şəxslərdən biri haqqında yazmağı qərara aldım. Dövrünün tanınmış ruhanisi Axund Kərbəlayi Həmid Həsən oğlu Rzayevdir. Kərbəlayi Həmid atamın ana babasıdır. O, 1880–cı ildə Lənkəranda ərazisi və əhalisinin sayına görə ən böyük kənd olan Boladıda doğulmuş, ilk təhsilini mədrəsədə almışdır. Kəndin mütərəqqi adamları dinə, elmə olan hədsiz marağını nəzərə alıb, ona ruhani təhsilini davam etdirməsinə imkan yaratmışdılar. Ərdəbil şəhərində oxuduğu 7 il ərzində bilik və bacarığı, şirin və ecazkar səsilə din xadimlərinin diqqətini cəlb etmişdir. Oxuduğu məktəbin tövsiyəsilə Kərbəlayi Həmid ali ruhani təhsil almaq üçün Təbrizə göndərilmişdir. Bu, elə dövr idi ki, Səttarxan hərəkatı Cənubi Azərbaycanın bütün yerlərində yayılmışdı. Ona görə də Kərbəlayi Həmid təhsilini İranın dini mərkəzlərindən olan Qum şəhərində davam etdirmişdir. O, burada oxuduğu illər ərzində fiqh, məntiq, islam tarixi və ədəbiyyatı, təbabət, nəbatət, astronomiya, nücum elmlərinə yiyələnmiş, ərəb və fars dillərini öyrənmişdir. Kərbəlayi Həmid dini təhsilini başa vurduqdan sonra doğma yurdu Boladıya qayıtmış, mollaoba məhəlləsində məscidin axundu təyin olunmuş, məsciddə fəaliyyət göstərən mədrəsədə dərs demişdir. Danışırlar ki, dərsi öyrənmədiyinə görə bir şagirdi fallaqaya salıb döyüblərmiş. Buna mane olarkən çubuğun ucu zərblə Axund Kərbəlayi Həmidin gözünə ilişir. Həmin vaxtdan da axundun gözündə iz qalır. Axund Həmid azan verərkən səsi kəndin hər yerindən eşidilərmiş. Gözəl səsinə görə onu dəfələrlə Bakıya dəvət etmişdilər. Üzeyir Hacıbəyov, Cəfər Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Seyid Şuşinski kimi dünya şöhrətli sənətkarlar Axund Həmidin səsini eşidəndən sonra heyrətlərini gizlədə bilməmişlər. Axund Həmid onların dəvətini qəbul etməmiş, dogma el–obasının xidmətində dayanmağı özünə borc bilmişdir. Axund Kərbəlayi Həmidi demək olar ki, Azərbaycanın bütün bölgələrində tanıyırdılar. El arasında ona "Molla Məmi" deyirmişlər. Ətraf rayonlardan Kərbəlaya gedən zəvvar dəstələrinə başçılıq etmək çox vaxt ona tapşırılırdı. 30–cu illərdə Lənkəran şəhərində axundluq edərkən şəhərin “Qala” ərazisində yaşayıb. Mərhum həkim ginekoloq Rəna Əliyevanın vaxtı ilə yaşadığı ev indi həmin yerdə yerləşir (Cənub Tv–nin yanında). Ağır repressiya illəri Axund Kərbəlayi Həmiddən də yan keçmir. Yaşadığı ev 1936–cı ildə müsadirə olunmuşdur. Axund Kərbəlayi Həmid Port İliçə (indiki Liman) köçmək məcburiyyətində qalmışdır. Qəsəbədəki məktəbdə gecə gözətçisi işləmişdir. Təqib və təzyiqlərə baxmayaraq imandan, əqidəsindən dönməmiş, Allahın yolunu tutmuş, gizli yolla uşaqlara “Quranı” öyrətmişdir. Yaşlı nəslin nümayəndələri danışırlar ki, Axund Kərbəlayi Həmid gözü–könlü tox, halal adam olmuş, hüzr məclislərini təmənnasız idarə edirmiş. Nəcib və xeyirxah işlərinə görə, camaat arasında böyük nüfuz sahibi olmuşdur. Ona görə də Port–İliç camaatı axund üçün “Bazar” məhəlləsində yaşayış evi tikdirmişdir. Axund Kərbəlayi Həmid sonralar bu evi ehtiyacı olanlara vermis, özü isə başqa yerdə tikdirdiyi evə köçmüşdür. Ağsaqqallar danışırlar ki, Axund Həmid və molla Fərəc 1937–ci ilin bir soyuq qış axşamında tutularaq kəndin idarə binasına gətirilirlər. Axund Məmmədhüseyn əlində təsbeh zikr edə edə deyir:”Sizə keçərlər, mənə isə çarə yoxdur”. Axund Həmid və molla Fərəc fürsət tapıb Məmmədhüseyn axundu pəncərədən qaçırdırlar. Məmmədhüseyn axundu aradan çıxartdıqlarına görə Axund Həmidi və molla Fərəci çox incidirlər. Məmmədhüseyn axund 7 il Astraxanbazarda (indiki Cəlilabad) Mirtağı İbadovun evində gizlənməli olur. 1944–cü ildə doğma kəndində qayıdır. Axund şəriət, fiqh, astronomiya, tarix, riyaziyyat elmlərini mükəmməl bilirmiş. Riyaziyyata dair ən çətin məsələləri asanlıqla həll edirmiş. Ona görə də müəllimlər çox vaxt onunla mübahisə etməkdən çəkinirdilər. 1949–cu ildə Axund Həmidin doğma əmisi oğlu olan Mirzə Məmmədhüseyn axund rəhmətə gedəndə Boladi kəndə mollasız qalır. Axund Kərbəlayi Həmid yenidən kəndə dəvət olunur. Axund Kərbəlayi Həmid 5 övlad atasi idi. Böyük oğlu Qafur Həsənov II Dünya müharibəsindən kapitan rütbəsində qayıtmışdı. Döyüşlərdə göstərdiyi igidliklərə görə “Qırmızı bayraq”, “Qırmızı ulduz” ordenləri ilə təltif olunmuş və Boladi kənd 1 saylı orta məktəbdə hərbi müəllimi işləmişdir. 1968–ci ildə vəfat etmişdir. Oğlu Fəyaz Həsənov Lənkəran Pedaqoji Texnikumu bitirmişdir. Böyük Vətən müharibəsindən qayıtmamışdı. Qızı Sona xanım Həsənovada Lənkəran Pedaqoji Texnikimunda oxuyurdu. Lakin təhsilini başa çatdırmaq ona qismət olmamış, cavan yaşlarında vəfat etmişdir. Oğlu Yusif Həsənovda gənc yaşlarında 1967–ci ilin dekabr ayında dünyasını dəyişmişdir. İkinci qızı Tahirə Kərbəlayi Həmid qızı Həsənova–Quliyeva (nənəm, atamın anası) 1930–cü ildə Boladı kəndində anadan olmuşdur. Təhsil almaq ona qismət olmamışdır. Amma gözü açıq, zəhmətkeş, islami dəyərlərimizə sadiq qalan mömin bir qadın idi. Oruc tutar, namaz qılar, yaşmaqlı gəzərdi. 1996–cı ildə vəfat etmişdir. Məzarı Göyşaban kənd qəbirstanlığındadır. Tahirə xanımın böyük oğlu, əmim, respublikanın əməkdar müəllimi, h.e.d. prof. İbrahim Quliyev söhbət zamanı bildirdi ki, “Gəncədə milis rəisi işlədiyim dövrdə anam yanıma gəlmişdi. İmamzadə ziyarətgahına getmək istəyirdi. Ziyarətgaha gedib qurban kəsdirdik. Bu xəbəri yuxarı orqanlara çatdırmışdılar. Məsələni şəhər partiya komitəsinin bürosuna çıxartdılar. Məni çox incitdilər, amma Allah–təala xəbər verənləri öz cəzasına çatdırdı. Kökümün kimə bağlı olmasını dərk edirəm. Sovet dövründə də dinimizin bütün mərasimlərini qeyd etmişəm. Allaha inamım güclü olub, imanımda məhəbbət olub. Dövlətimizin keşiyində necə durmuşamsa, islamın da keşiyində belə dayanmışam”. Axund Kərbəlayi Həmidin nəvə və nəticələri respublikamızın müxtəlif şəhərlərində, o cümlədən MDB ölkələrində yaşayırlar. Nəvəsi, mənim atam Hacı Şamil Quliyev 1996–cı ilin aprel ayında babasının ziyarət etdiyi müqəddəs Kərbəla torpağında həmçinin, Məşhəd və Həcc ziyarətlərində olmuşdur. Ata babam Axund Kərbəlayi Həmid Rzayev 1952–ci ildə vəfat etmişdir. Məzarı Boladı kənd qəbirstanlığındadır. Yazıçı Hacı Etibar Əhədovun 2003–cü ildə nəşr etdirdiyi “Boladi” kitabının dindarlar bölümündə Axund haqqında məlumat verilmişdir. Məclislərdə Kərbəlayi Həmid babamın adı tez–tez xatırlanır, ruhuna dualar oxunur. Fikrimcə tutduğu qulluq mövqeyindən, vəzifəsindən asılı olmayaraq istənilən şəxsdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq ən yüksək səviyyədə olmalıdır. Torpağını, dinini, millətini, xalqını, dövlətini sevən hər bir vətəndaş öz dövlətinin yanında olmalı və onun ətrafında 44 günlük müharibədə olduğu kimi dəmir yumruq kimi sıx birləşməlidir.
Cəmil Quliyev,
tarix üzrə fəlsəfə doktoru, Axundun nəticəsi
Baxış sayı: 724
Bölməyə aid digər xəbərlər

1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi