21:42 / 26-11-2026
Sumqayıt karate məktəbinin inkişafı Rafael Məmmədovun adı ilə bağlıdır
21:17 / 26-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Putinlə Yaponiya Baş naziri arasında APEC-də Tokionun təşəbbüsü ilə görüşü təsdiqləyib
21:13 / 26-11-2026
Aclıqdan ölən beş yaşlı qızın valideynləri saxlanılıb
21:10 / 26-11-2026
Kim Çen In və həyat yoldaşı Pxenyanda müğənni Larisa Dolinanın konsertində iştirak ediblər
21:05 / 26-11-2026
10 km məsafədə reanimasiya: Afrika üzərindən təyyarədə qızın xilas edilməsinin təfərrüatları
20:56 / 26-11-2026
125 tonluq dizel lokomotivini dişləri ilə 15 metr çəkdi
20:51 / 26-11-2026
Ekspert: "Moskva Paşinyandan aydınlıq tələb edəcək"
20:47 / 26-11-2026
Klinika yanğına məruz qalıb
20:42 / 26-11-2026
Polyanski Rusiya sərhədləri yaxınlığında NATO-dan gələn təhlükəli siqnalları qeyd edir
16:53 / 26-11-2026
3 yaşlı qıza hücum edən itin sahibi saxlanılıb
16:50 / 26-11-2026
Sərnişin avtobusu aşdı; xəsarət alan olmayıb
16:47 / 26-11-2026
Makron AB sammitində Sançezi əvəz edəcək və İspaniyanı təmsil edəcək
16:43 / 26-11-2026
FİFA kiberhücumların hədəfinə çevrilib
16:38 / 26-11-2026
Media: Ukrayna Silahlı Qüvvələrinin təyyarəsi Lvovdakı qapalı aerodromdan Varşavaya gəlib
16:26 / 26-11-2026
Sərxoş qadın başqasının avtomobilini oğurlayıb zədələyib
16:22 / 26-11-2026
Varşavada prezident sarayının yaxınlığındakı meydanda bir ukraynalı intihara cəhd etdi
16:12 / 26-11-2026
ABŞ Ukraynaya 621,9 milyon dollar dəyərində "F-16" texniki xidmətinin satışını təsdiqləyib
16:02 / 26-11-2026
Azarkeş Çempionlar Liqası matçında vəfat etdi
13:55 / 26-11-2026
CD və DVD texnologiyasının qabaqcılı olan fizik Ceyms T.Rassel vəfat etdi
13:52 / 26-11-2026
Saxta kommunal xidmət işçiləri dəstəsi saxlanılıb
13:47 / 26-11-2026
Paşinyan konstitusiya qəbul etmək üçün erkən parlament seçkilərini istisna etməyib
13:44 / 26-11-2026
Narkotik işi üzrə saxlanılan "Möhtəşəm əsr" aktrisaları azadlığa buraxıldı
13:39 / 26-11-2026
Paşinyan: "Ermənistanın Rusiyaya zərər vermək istəyi yoxdur və istəməyəcək"
23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
Heydər Əliyev və təhsil-Arzu Alızadə
Tarix: 08-05-2022 19:39 | Bölmə: Sosial

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Dahi şəxsiyyətin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamını "Mən azərbaycanlıyam" deyənlərin hamısı yaşam fəlsəfəsinin mahiyyəti kimi yaşadıb, yaşadır, yaşadacaq... Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrü azərbaycançılıq ideologiyasının yaşadılmasında mühüm bir mərhələ adlandırmaq olar: azərbaycanlı gənclərin İttifaqın nüfuzlu universitetlərində təhsil alması təmin olundu. Bu, Azərbaycan üçün yüksək elmi qabiliyyətə malik milli kadrların hazırlığına göstərilən yüksək qayğı kimi dəyərləndirilməlidir. O illərdə böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu. SSRİ hökuməti əyalətdə (müttəfiq respublikalar imperiya üçün əyalət idi) belə bir məktəbin yaradılmasının qarşısını ala bilmədi. "Naxımov, Suvorov adına ibtidai hərbi məktəblər varsa, buna ehtiyac yoxdur" məntiqi də dahi rəhbərin qətiyyət yüksəkliyini aşa bilmədi. Bu məktəbin Azərbaycanın sonrakı taleyində - müstəqilliyi bərpa olunduqdan sonra istər hərbçi kadrların hazırlanması baxımından, istərsə də Qarabağda gedən döyüşlərdə nə kimi əhəmiyyətə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bu məktəb həm də yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna əhəmiyyətə malik olub, indi də belədir. O illərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin istər ittifaq, istərsə də dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə inteqrasiyası yüksək səviyyədə təmin edildi. Böyük ədiblərin, mədəniyyət, incəsənət xadimlərinin adının əbədiləşdirilməsi də azərbaycançılıq ideologiyasının yaşarılığının təntənəsiydi və bu təntənə azərbaycanlıların bəşəri xalq, Azərbaycan adlı bir məmləkətin bəşəri dövlət olduğunun təsdiqiydi. Bu təsdiq Heydər Əliyevin xalqın ciddi tələbiylə hakimiyyətə gəlməsindən sonra daha şaxəli, daha miqyaslı xarakter aldı. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq, yüksək dəyərləndirib. Dahi rəhbər deyirdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. 1998-ci ildə Azərbaycan müəllimlərinin qurultayında ümummilli lider Heydər Əliyev geniş nitq söyləyib. Ulu Öndər təhsilimizin inkişafı ilə bağlı fikirlərini bildirib, tövsiyələrini verib. Müəllimlik peşəsini, müəllim əməyini həmişə yüksək qiymətləndirən müdrik rəhbər Heydər Əliyev deyirdi: “...Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”. Dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. 2005-ci ildə Azərbaycan dünya təhsil məkanına - Bolonya prosesinə qoşulub. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc Türkiyə, Almaniya, Fransa, Kanada, Rusiya, Sinqapur, ABŞ, Litva, Böyük Britaniya, İtaliya və digər ölkələrin ən nüfuzlu universitetlərində təhsilin müxtəlif pillələrində oxumağa göndərilib. Onlar respublikamız üçün zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Xaricdə oxumağa göndərilmiş gənclərin müəyyən hissəsi artıq təhsilini uğurla başa vuraraq ölkəmizə qayıdıb və müxtəlif qurumlarda çalışır. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılmış “Yeni Azərbaycana - yeni məktəblər” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən üç mindən çox məktəb binası tikilib istifadəyə verilib. Məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bu gün Azərbaycanda təhsil sahəsi ilə yanaşı, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də çox sürətlə inkişaf edir. Azərbaycan öz inkişafına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bütün bu nailiyyətlər isə yalnız və yalnız ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrələridir.
Arzu Alızadə,
Abşeron-Xızı Regional Təhsil İdarəsi
Sumqayıt sektorunun müdiri
Baxış sayı: 1 392
Bölməyə aid digər xəbərlər

26-11-2026, 21:42
Sumqayıt karate məktəbinin inkişafı Rafael Məmmədovun adı ilə bağlıdır
26-11-2026, 20:56
125 tonluq dizel lokomotivini dişləri ilə 15 metr çəkdi
26-11-2026, 20:47
Klinika yanğına məruz qalıb
25-11-2026, 19:54
Soçidə ilk istixana banan məhsulu yığılıb
25-11-2026, 19:10
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
25-11-2026, 12:14
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
24-11-2026, 23:51
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
24-11-2026, 20:22
Uşaqları daşıyan avtobus aşıb
23-11-2026, 20:12
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
23-11-2026, 20:02
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
23-11-2026, 19:40
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
23-11-2026, 18:39
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
23-11-2026, 18:31
Millət vəkili vətəndaşlarla görüş keçirib
22-11-2026, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22-11-2026, 19:56
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
22-11-2026, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib