Bütün xəbərlər
Tramp deyir ki, Vyetnam ABŞ-a öz bazarına tam giriş imkanı verəcək
Tarix: 02-07-2025 19:32 | Bölmə: Dünya

Vyetnam ABŞ ilə bağlanmış ticarət sazişinin bir hissəsi olaraq ABŞ-a öz bazarına tam giriş imkanı verəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp bildirib.
O, “Truth” sosial şəbəkəsində yazıb ki, “indicə Vyetnam Sosialist Respublikası ilə ticarət müqaviləsi bağlayıb” və bundan əvvəl ölkə Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ilə söhbət olub.
"Vyetnam əvvəllər heç vaxt etmədiyi bir şeyi edəcək - Amerika Birləşmiş Ştatlarına ticarət üçün bazarlarına tam giriş imkanı verəcək", - Tramp deyib.
Onun sözlərinə görə, bu, ABŞ-a öz məhsullarını Vyetnama sıfır tariflə satmağa imkan verəcək.
Tramp bildirib ki, sazişin şərtləri Vyetnamdan ABŞ-a tədarük edilən mallara görə 20 faiz rüsum və daşınma üçün 40 faiz rüsum nəzərdə tutur.
Tramp aprelin əvvəlində Vyetnam hakimiyyətinin Amerika mallarına rüsumları ləğv etməyə hazır olduğunu açıqlayıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər