Bütün xəbərlər
Nazir işə qəbuldakı narazılıqlardan danışdı
Tarix: 30-09-2021 08:25 | Bölmə: Sosial

                  Nazir işə qəbuldakı narazılıqlardan danışdı



Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu imtahanları ilə bağlı narazılıqlara münasibət bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, nazir AzTV-yə müsahibəsində qeyd edib ki, bu məsələni yaxından izləyir:
“Həm ictimaiyyət üçün, həm cəmiyyət üçün, həm də sosial mediada özüm yaxından izləyirəm. Başa düşürəm ki, müəyyən mənada xeyli sayda bu prosesdən narazı olan insanlar var.
Amma istərdim. Məsələlərə obyektiv baxaq. Həmişə məsələlərə obyektiv baxmaq üçün rəqəmlərlə, statistika ilə danışmaq daha doğrudur.
Çünki emosiyalar aldadıcı ola bilər. Hər kəsin emosional duyğularını başa düşürəm, istərdim, bu proses qarşılıqlı olsun. Təhsil Nazirliyinin də mövqeyi nəzərə alınsın.
Dəyişməyən bir məsələ ondan ibarətdir ki, Azərbaycan təhsil sistemində 150 min nəfər müəllim işləyir. Bir müəllim orta hesabla 30 il xidmətdə olursa, təxminən 5-6 min vakant yer mümkündür. Nazirlik də hər il bu sayda vakant yer çıxarır. Həqiqət budur ki, bu yerlər də həmişə tam tutulmur, ucqar yerlərdə boş qalır.
Bu, böyük say deyil, 1000-2000 qədərdir. Bu həqiqət heç vaxt dəyişmir, 150 min müəllimi olan sistemin il ərzində beş min-altı min vakant yeri ola bilər. Ona görə Təhsil nazirliyindən 10-15 min vakant yer gözləmək qeyri-realdır. Bu, riyazi olaraq mümkün deyil və hər hansı bir şəxsin istəyinə bağlı deyil”.



Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu