20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
TİKDİM Kİ, İZİM QALA...
Tarix: 09-02-2021 00:07 | Bölmə: Sosial

Həyat qəribəliklərlə doludur. Bəzən, ilk baxışdan sənə adi təsir bağışlayan elə insan var ki, onun keçdiyi həyat, bir ömür yolu ilə tanış olduqdan sonra insanpərvərliyinə, içində olan torpaq, Vətən, yurd sevgisinə heyran qalırsan.Və həmin anda düşünürsən ki, mən niyə bu gözəl insanı gec tanımışam?
Bunu həyatın paradoksu da adlandırmaq olar..
Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin məşhur misraları düşür yada: “Yaşamaq yanmaqdır, yanasan gərək, həyatın mənası yalnız ondadır...”
Etiraf edək ki, çoxları yanaraq yaşamırlar, yaşayaraq yanırlar. Yanaraq yaşamağı Tanrı hər kəsə nəsib etmir. Düşünürəm ki, bu yazımızın qəhrəmanı ilk baxışdan sadə bir insan kimi görünən, lakin qəlbi, ürəyi Vətən sevgisi ilə döyünən, çox dəyər verdiyimiz hərbi həkim, cərrah, ən başlıcası isə, gözəl insan Məmmədov Yavər Ataş oglu da məhz yanaraq yaşayan eloğlularımızdan, vətəndaşlarımızdandır.
Vətəndaş sözünü elə-belə işlətmədim. Çünki vətəndaş olmaq asandır, həssas vətəndaş olaraq bütöv bir elin, obanın, xalqın qeyrətini çəkmək, bu ağrı-acını sinəndə daşımaq isə çox çətindir. Çətindir ona görə ki, bu yol elə də hamar, el diliylə desək, düppədüz yol deyildir. Bu yolda sevinclə yanaşı, qəm-kədər, ağrı-acılar da vardır. İllah da ki, qarabağlı olasan, doğma torpağın düşmən tapdağı altında ola...Yurdunda namərd düşmən gəzə...Çox ağırdır qarabağlı olaraq bu dərdi çəkmək! Həm də düz 28 il….
Cərrah Yavər həkim Qarabağın gözəl guşələrindən olan Füzulidə dünyaya göz açıb. O,bu torpağın təmiz havasını ciyərlərinə çəkərək, büllur sularını içərək böyüyüb. Yuxarıda qeyd etdiyimiz kimi, nə yazıq ki, gəzdiyi, havasını udduğu o gözəl torpaqlar düşmən işğalında idi. Və bu, Yavər həkimi nə qədər üzsə də, inanırdı ki, bir gün doğma torpaqlar işğaldan azad olacaq…. Cənab Ali Baş Komandanın əmri ilə 44 gün ərzində gedən qanlı müharibədə müzəffər Azərbaycan ordusu torpaqlarımızı düşməndən təmizlədi. Bu yolda neçə-neçə igidlərimiz şəhadətə qovuşdu, yaralı qazilərimiz var. Bütün bu ağrı-acıları canlı şəkildə ruhuyla yaşadı cərrah Yavər həkim. Bir an tək buraxmadı əsgərlərini. Neçə- neçə əsgəri ölümdən xilas etdi.
Yavər həkimi bir elin, bir nəslin ağsaqqalı da adlandırmaq olar. Ağsaqqal sözü saçının-saqqalının ağ olduğuna görə verilmir insana. Bu həm də bir tituldur ki, Allahın ona verdiyi ömrü özü üçün deyil, başqaları üçün yaşayır.
Cərrahla sualımıza da elə buradan başladıq:
-Siz uzun illərdi həkimlik peşəsi ilə məşğulsunuz. Özünüz haqqında məlumat verin və necə oldu məhz həkimlik peşəsini seçdiniz?
-Mən, (Məmmədov Yavər Ataş oğlu) Füzuli rayon Xatunbulaq kəndində 1955-ci ildə anadan olmuşam. İbtidai təhsilimi kənd məktəbində almış, orta təhsilimi isə kəndimizdən 3 km aralıda yerləşən Qaradağlı kəndində davam etdirmişəm. 1972-ci ildə N.Nərimanov adına Tibb Universitetinə daxil olmuş, 1978-ci ildə həmin Universitetin müalicə-proflaktika fakültəsini ümumi cərrahiyyə ixtisası üzrə bitirmişəm. 1979-cu ildə Musa Nağıyev adına Təcili-tibbi yardım xəstəxanasında ümumi cərrahiyyə internaturanı bitirərək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında sağ-sahil poliklinikasında ümumi cərrah kimi 4 il müddətində təyinatla işləmişəm. 1983-cü ildən Füzuli rayonuna qayıdaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə ixtisası üzrə işimi davam etdirmişəm . 1992-ci ildə I Qarabağ müharibəsi başlaması ilə əlaqədar olaraq yeni yaradılmış Qaraxanbəyli Hospitalında hərbi-həkim kimi işə başlamış, ehtiyata buraxıldıqdan sonra Balabəhmənli kəndində fəaliyyət göstərən Füzuli rayon Mərkəzi xəstəxanasında mülki həkim kimi Cərrahiyyə şöbəsində işimi davam etdirmişəm. 2020-ci ilin 27 sentyabrından Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Füzuli rayon Mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsində yaralıların və hərbi travma almış hərbiçilərin müayinə və operativ müalicəsi ilə müharibənin sonuna qədər fasiləsiz olaraq fəaliyyət göstərmişəm.Hal-hazırda Füzuli rayon Mərkəzi xəstəxanasında cərrah kimi işimi davam etdirirəm.
-Həkim olmaq uşaqlıq arzusu idimi?
-Həkimlik peşəsini seçməyimin əsas səbəbi– kəndimizə yaxın ərazilərdə həkim kadrların çatışmaması, tibbi ehtiyacı olan insanlara yardım göstərmək istəyi idi..Və eləcə də ailəmizdə, yaxın qohumlarımızda həkimlik ixtisası üzrə işləyənlərə xoş qibtə hissləri məndə bu sənətə həvəs yaradıb.
- Biz bilirik ki, siz həm Birinci Qarabağ, həm də bu yaxın zamanda başa çatmış İkinci Vətən savaşında hərbi-həkim kimi fəal olaraq iştirak etmisiniz. Bu barədə danışmağınızı xahiş edirik.
-Bəli, I Qarabağ müharibəsində sonradan Qaraxanbəyli Hərbi Hospitalına çevrilmiş 702№li hərbi hissənin tibbi rotasında Cərrah kimi işə başlamış və tərxis olunana qədər orada fəalyyyət göstərmişəm. Vətən müharibəsində isə mövcud vəziyyət ilə əlaqədar olaraq hərbi profil üzrə fəaliyyət göstərən Füzuli rayon Mərkəzi xəstəxanasında cərrah kimi fəaliyyətimi davam etdirmişəm. İstər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ, Vətən müharibəsində xalqımız böyük sınaqlardan keçdi. Təəssüflər olsun ki, I Qarabağ müharibəsində öz ata-baba torpaqlarımızdan didərgin düşduk. O vaxtlar ixtisas üzrə cərrah həkimlərin və tibbi ləvazimatların nisbi çatışmazlığı hiss olunurdu. Yadıma düşür ki, torpaqlarımızın işğalı ilə əlaqədar olaraq Hospitalıın fəaliyyətini bir kənddən digər kəndə məcburi köçürmək işləri daha da ağırlaşdırırdı. Lakin buna baxmayaraq ümidimizi itirmir, son günə qədər əlimizdən gələni əsirgəmirdik. Gecə də, gündüz də çalışırdıq.Yaralıların müalicə olunaraq sağalıb cəbhəyə qayıtması bizdə yeni ümidlər yaradırdı. O dövrdə hərbiçilərlə bərabər mülki şəxslərdən də yaralananlar çox olurdu.Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Ordumuza 30 ildir qisas hissi ilə yaşadağımız, həsrət ilə gözlədiyimiz günləri bizə bəxş etdikləri üçün minnətdarlığımızı bildiririk... Şükürlər olsun ki, torpaqlarımız yağı düşməndən azad olundu. I Qarabağ müharibəsi ilə müqayisədə Vətən müharibəsində bütün ixtisaslar üzrə həkimlərin, tibbi ləvazimatların tam qaydasında olması, istənilən dərman preparatının əlçatan olması, xəstəxanada yaralılara xidmət göstərmək üçün tam şəraitin olması yaralıların tez sağalıb döyüş bölgəsinə qayıtmasına və qalibiyyətə doğru getməyimizə müsbət təsir göstərirdi. Yerli həkimlərlə bərabər ölkənin bir çox tibb müəssisələrindən müxtəlif cərrahi ixtisaslar üzrə həkimlərin cəlb olunması da tibbi nəticələrin daha da yaxşı olmasına gətirib çıxarırdı.
- Əlinizdə yaralı əsgərlərimiz olarkən nə hisslər keçirirdiz? Dünyasını dəyişənlər olurdumu?
-Bütün müharibələrin ağır tərəfləri olduğu kimi, təəssüflər olsun Vətən müharibəsində də ağır yaralılar oldu. Ətrafları amputasiya olanlar və həyatlarını itirən hərbiçilərimiz vardı. Təbii ki, bunlar bir həkim, bir insan kimi məni və bütün həkimlərimizi ağrıdır, məyus edirdi. Lakin həkimlərimizin gecə-gündüz misilsiz fəaliyyət və əziyyəti nəticəsində yaralıların böyük əksəriyyətini müalicə edib döyüş zonasına qaytarmaq mümkün olurdu. Dəfələrlə çox ağır yaralı olmasına baxmayaraq yenidən döyüş bölgəsinə qayıtmaq və döyüş yoldaşları ilə bərabər Vətən yolunda döyüşmək istəyən hərbiçilərimizin şahidi olmuşam. Əsgərlərimizdə ruh yüksəkliyi, düşmənə qarşı nifrətin böyük olması məndə çox böyük qürur və torpaqlarımızın erməni faşistlərindən azad olacağına ümid hissini daha da artırırdı. Lakin bu haqda danışmaq çətin olsada, həkimlərin səylərinə baxmayaraq əfsuslar olsun ki, həyatlarını itirən hərbiçilərimiz də olurdu. Bunlar heç bir həkimin görmək istəmədiyi və arzulamadığı səhnələrdir. Bunu sözlərlə izah etmək mənə çox çətindir.
-Xüsusi sizin üçün unudulmaz , yaddaqalan bir hadisə , xatirə oldumu?
-Yaralıların hər birinin ayrı bir hekayəsi vardı.Yaxşı yadımdadır, yaralıların başqa rayonlara növbəti evakuasiyası zamanı təcili yardım maşınınından bir qədər aralıda dayanmış, 90-cı illərdəki döyüşlərdə yaralanmış və aşağı ətrafı amputasiya olunmuş I Qarabağ müharibəsi qazisi, dostumuz Baxşəliyev Ağamalını gördüm və burda nə etdiyini soruşdum. O isə cavabında - “Mənim oğlum döyüşdə yaralanıb” -dedi. Elə evakuasiya olunan yaralılardan biri onun oğlu imiş. Bu hadisə məni həddən artıq duyğulandırdı.Və cəsur xalqımızın qorxmaz oğullarının estafeti bu cür atadan-oğula mərdliklə ötürülməsi məndə böyük fəxarət hissi yaratdı.
- Dünənin balaca uşaqları, bu günün əsgərlərində hansı cəhətlər sizi cəlb edirdi?
-Əsgərlərimizin əksəriyyətinin yaşlarının az olmağı səbəbindən Qarabağı görmədən bu qədər böyük vətənpərvərlik, düşmənə qarşı böyük nifrət, torpağı azad etmək üçün canından keçmək hissi məni bir azərbaycanlı, Qarabağlı kimi qürurlandırırdı.
-Dahi klassik şairimiz Məhəmməd Füzulinin bir beyti var:
Eşqdən canımda bir pünhan mərəz var ey həkim.
Xəlqə pünhan dərdimi izhar etmə zinhar , ey həkim...
Həkimlik sənəti sizə nə verdi ?
-Həkim olduğum üçün heç vaxt peşman olmamışam. Əksinə istər dinc dövrdə istərsə də, I,II Qarabağ müharibəsində sağlamlığım bahasına vətənimə, millətimə az da olsa xidmət göstərdiyim üçün ayrıca qürur hissi keçirirəm. Torpaqlarımızın işğalda olması səbəbi ilə təbii ki, çətinliklər də yaşadım. Uzun illər boyu -30 ilə yaxın müddətdə ailə və uşaqlarımdan ayrı uzaqda, cəbhə bölgəsində xidmət göstərmişəm. Ailəmdən uzaqda olmağın çətinliyini çəksəm də vətənimə xidmət göstərməyi özümə borc bilmişəm.
-Alman yazıçısı İ.Höte deyirdi ki, yalnız ata oğlunun istedadına paxıllıq etmir . Paxıl insanlar olubmu sənət yolunuzda və onlara necə münasibət bəsləmisiniz?
-Bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm, çünki hansı kollektivdə işləmişəmsə, hər zaman gözəl insanlarla, savadlı və dünyagörüşlü həkimlərlə rastlaşmışam. Bu da mənə həyatda gözəl dostlar qazandırıb.
-Ən çox nəyə üzülmüsünüz?
-Hər kəs kimi mənim də həyatda üzüldüyüm hadisələr olub. Vaxtsız itkilərə, müalicəyə tabe olmayan çarəsiz xəstəliyə düçar olmuş insanların həyatının yarımçıq qalmasına çox üzülmüşəm.
-İtirdikləriniz çox oldu, yoxsa qazandıqlarınız?
Düşünürəm ki, itirdiklərim çox olub, lakin qazandıqlarım daha çox olub. Gözəl ailəm, dostlarım , müalicə edərək sağaltdığım xəstələrimin xeyir duaları və ən əsası illərdir ağır yaramız olan Qarabağımızın qayıtmağı mənim ən böyük qazancım oldu. Geriyə baxanda az da olsa vətənimə, xalqıma faydalı olduğum üçün məmnunluq hissi keçirirəm.
-Ailəniz, övladlarınız haqqında məlumat verərdiniz?
Bir oğlum və iki qız övladım var. Övladlarım ali təhsilli və ailəlidirlər. 3 qız nəvəm var. Onları da hər zaman vətənərvər ruhda böyütməyə çalışmışam.
-Həkim, işlərinizin çox oldugu bir məqamda vaxt tapıb bizə müsahibə verdiyiniz üçün sizə öz dərin təşəkkürümüzü bildiririk. Allahdan sizə can saglıgı, uzun ömür arzulayırıq. Var olun!
...Burda yazımıza nöqtə qoymaq istədik. Amma məşhur bir el bayatısı düşür yadımıza:
Bu qala daşlı qala,
Çınqıllı daşlı qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
Bəli! Yavər həkim! Dəyərli insan! Siz bir hərbi həkim kimi, bir cərrah kimi, bir insan, bir ağsaqqal kimi çox şərəfli ömür yaşadınız. Və xeyirxah əməllərinizlə bir qala tikdiniz ki, bu qala sizi daim yaşadacaq! Şərəfli ömrünüz mübarək, həkim!
Müsahibəni aldılar:Yazıçı-publisist Südabə Sərvi,
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kasimi Sehranə
07.02.2021. Bakı
Baxış sayı: 1 056
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi