12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Etibar Məmmədov yenidən siyasətə qayıdır?
Tarix: 09-09-2019 15:29 | Bölmə: Siyasət


                         Etibar Məmmədov yenidən  siyasətə qayıdır?

“Etibar Məmmədovun aktiv siyasətə qayıtması haqqında fikirlər səsləndirilməsi təbiidir”.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədovun aktiv siyasətə qayıtması haqqında sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu danışıb.
O qeyd edib ki, E.Məmmədov təcrübəli siyasətçidir, hərəkatdan gəlib:
“O, siyasi oyunlarda, intriqalarda iştirak etməyib. Ona görə, xalqın belə tələblə çıxış etməsi normaldır.
Amma siyasətə qayıdıb-qayıtmaması ilə bağlı Etibar Məmmədovun özünün mətbuatda açıqlaması olmayıb. Bu, cəmiyyətin istəyidir, sosial şəbəkələrdə yazılması normaldır. Həqiqətən, belə fikir çoxdan dolaşır, müraciət edənlər olur, müəyyən təkliflər də var. Amma cəmiyyətin bu çağırışına necə reaksiya verəcəyi Etibar Məmmədovun şəxsi açıqlamasından sonra məlum olacaqdır”.



Baxış sayı: 811


Bölməyə aid digər xəbərlər