12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Arsen Avakov öz vəzifəsində qaldı
Tarix: 29-08-2019 15:47 | Bölmə: Siyasət


             Arsen Avakov öz vəzifəsində qaldı

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov yeni hökumətin tərkibində yer alıb. O, öz vəzifəsini icra edəcək.
Azvision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Xalqın xidmətçiləri” fraksiyasının iclasında məlumat verilib. 
Qeyd edək ki, Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov bu posta gəlməzdən əvvəl Ali Radada deputat olub. Bundan öncə müxtəlif qanun pozuntularında ittiham edilib. Avakov keçmiş prezident Pyotr Poroşenkodan sonra Ukraynada ən nüfuzlu ikinci şəxs hesab olunurdu. Onun ailə üzvləri və yaxın ətrafına qarşı dəfələrlə cinayət işi açılıb, lakin hər dəfə Avakov məsələnin məhkəmə səviyyəsinə çıxmasının qarşısını alıb. 
Belə ki, Avakovun oğlu vaxtilə dövlət vəsaitlərinin mənimsənilməsində ittiham edilib. Lakin anti-korrupsiya üzrə xüsusi prokurorluq nazirin oğlunun üzərindən bütün ittihamları götürərək məsələni bağlayıb. 



Baxış sayı: 836


Bölməyə aid digər xəbərlər