12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Hikmət Çətin: Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunmalıdır
Tarix: 08-07-2019 12:45 | Bölmə: Siyasət

                              

Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunmalıdır.
Trend-in məlumatına görə, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib:
“Amma bu qətnamələr icra olunmayıb. Ermənistan hələ də Azərbaycan ərazilərinin işğalını davam etdirir. Əgər onlar regionda rifahdan yararlanmaq istəyirsə, düşmənçilik və işğal siyasətindən imtina etməlidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və bu dörd qətnamə əsasında həll olunmalıdır”.



Baxış sayı: 600


Bölməyə aid digər xəbərlər