21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
“Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL
Tarix: 19-06-2019 10:35 | Bölmə: Siyasət

Şimali Afrika və Yaxın Şərq(ŞAYŞ) regionunda demokratiya perspektivləri varmı? Yoxsa region avtoritarizm və müharibələr burulğanında yaşamağa məhkumdur?
Ərəb dünyası və ya ayrıca götürülmüş hər hansı bir ərəb ölkəsi mükəmməl demokratiyaya doğru ciddi addım ata bilərmi? Bu sual illərdir ki, tədqiqatçıları, siyasətçiləri və sıravi adamları düşündürməkdədir. İndiyədək görünən tərəf odur ki, heç bir ərəb ölkəsi demokratiyaya doğru addım ata bilməmişdir, halbuki hökumət dəyişiklikləri, monarxiyaların devrilməsi və kütləvi üsyanlar region üçün nadir sayıla biləcək hadisələr deyil.
Florensiyadakı Avropa Universiteti İnstitutunun (European University İnstitute) professoru Filip Şmitter və Qahirədəki Amerika Universitetinin professoru Nədin Sika “ŞAYŞ regionunda demokratikləşmə” adlı yazıda 1970-ci illərin ortalarından başlayaraq ərəb dünyası və digər ölkələr arasında demokratik transformasiya fərqləri və bənzərliklərini tədqiq etmişlər. (Araşdırmalara əsasən dünyada, ötən əsrdə demokratikləşmənin üç dalğası bir sıra ölkələri əhatə etmiş və yaşam tərzini əsaslı dəyişmişdir. İlk dalğa, İkinci Dünya Müharibəsindən sonra 1945-46-cı illəri əhatə edir ki, bu dövr faşizmin çökməsi və yeni sistemin yaranması ilə əlamətdardır. 1970-ci illərdə başlayan, İkinci dalğada Yaxın Şərqdəki milli azadlıq hərəkatları son müstəmləkələri çökdürdü və daha sonra bu dalğa Latın Amerikasınadək uzandı. Demokratiyanın üçüncü dalğası isə 1990-cı illərin əvvəllərində Berlin divarının və Sovet İttifaqının dağılması və yeni müstəqil ölkələrin yaranması ilə nəticələnmişdir). Qeyd olunan qlobal dəyişikliklər fonunda ŞAYŞ regionunda gedən prosesləri izləyən müəlliflər fərqlərin bənzərliklərdən daha çox olması qənaətinə gəlmişlər.
2010-2011-ci illər Tunis, Misir, Liviya, Yəmən və Suriyada kütləvi etirazlar yaşandı, ərəb dünyasında böyük transformasiya prosesləri baş verdi. Amma, bu transformasiya demokratiyaya deyil, xaosa, anarxiyaya və qeyri-müəyyənliyə yol açdı. Şmitter və Sika öz tədqiqatlarında nəinki demokratik, hətta liberal dəyişikliklərin baş verə bilməməsinin əsas səbəblərini göstərmişlər.
Birinci səbəb
Müəlliflərə görə demokratik dəyişikliklərin baş verməməsinin əsas səbəbi müxalifətin zəifliyidir. Avtoritar rejimlərin seçkiləri daimi manipulyasiya etdiyi, vətəndaş cəmiyyətinin zəif olduğu ərəb ölkələrində müxalifətin əsas rolu hakimiyyətlə sövdələşərək, yeni mümkün fiqurların və ideyaların meydana çıxa bilməsinin qarşısını almaq və hakim elitanın uzun müddət rəhbərlikdə qalmasını təmin etməkdir. Belə mövqe illərlə davam edir və nəticədə müxalifət passiv, fəaliyyətsiz müşahidəçiyə çevrilir. Ərəb ölkələrində müxalifətin digər problemi ədalətli siyasi rəqabət mühitinin olmamasıdır. Praktiki olaraq “ərəb baharı” hadisələri zamanı insanlar kütləvi aksiyalarda müxalifəti dəstəkləmir, daha yaxşı və daha layiqli həyat şəraiti tələb edirdilər. Adətən belə aksiyalardan sonra siyasi rəqabət təcrübəsi olmayan müxalifətin hakimiyyəti ələ keçirməsi ağır nəticələrlə sonuclanır. Hakimiyyətə gəlmiş müxalifət yeni siyasi düşüncə tərzi ilə deyil, dövlət əmlakı və vəsaitinin yeni simalar tərəfindən daha da çox talanması ilə yadda qalır. Digər çətinlik “demokratiya” məfhumuna ehtiyatlı yanaşma ilə bağlıdır. Böyük əksəriyyətlə ərəb düşüncə tərzində demokratiya Qərblə, Qərb isə müstəmləkəçi siyasətlə assosiasiya olunur.
Bunun nəticəsidir ki, “ərəb baharı” Suriya, Liviya və Yəməndə olduğu kimi dövlətin iflasına, ya da Tunis və Misirdəki kimi keçid dövrü yaşayan hibrid rejimlərin hakimiyyətə gəlməsinə yol açdı.
İkinci səbəb
ŞAYŞ regionunda demokratik dəyişikliklərin baş verməməsinin digər səbəbi RED(Real Existing Democracies), yəni RMD (Real Mövcud Demokratiyalar) adlanan ölkərdədir. RMD ölkələri ərəb dünyasını həqiqətən azad və demokratik görmək istəyirmi? RMD və ŞAYŞ arasındakı münasibətlər azadlıq və demokratiya deyil, daha çox Qərbin mənafeyinə xidmət edən qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub. Ona görə də Qərb dünyası demokratiyadan daha çox, onun iqtisadi maraqlarını təmin edə biləcək sabitliyin tərəfindədirlər. Ərəb millətinin mövcud milli-siyasi savad səviyyəsinin olduğu kimi qalması da Qərbin marağındadır, əks halda, savadlı və siyasi yetkin cəmiyyət fərqli iddialı tələblərlə çıxış edə bilər.
Dünya şəxsi qızıl ehtiyatlarının 60%-dən çoxu zəngin neft istehsalçılarının əlində cəmlənmişdir. RMD-ın əsas məqsədi regionda qarşıdurma və münaqişə ocaqları yaratmaq, sonra istehsal etdikləri silahları münaqişə tərəflərinə satmaq, daha sonra “ədalətli” vasitəçi qismində həmin regiona daxil olmaq və istənilən yollarla qızıl ehtiyatlarının regiondan çıxarılmasına nail olmaqdır. Ərəb dünyasında baş verən daxili və xarici toqquşmaların əsasında müxtəlif səbəblər ola bilər, lakin bu çəkişmələrin hər birinin arxasında RMD ölkələrinin maraqlarının olması danılmaz faktdır. Ərəblərin hətta belə bir atalar sözü də vardır ki, “dənizdə iki köpək balığı savaşırsa, əmin ola bilərsiniz ki, yaxınlıqda ingilis gəmisi lövbər salmışdır”. Regionda Qərb dövlətlərini ən çox düşündürən neft faktorudur, nefti əldə etmək üçün isə ən asan və ən sadə yol əhalini Qərbin şərtləri ilə razılaşan rəhbərin nəzarəti altında saxlamaqdır. Bundan əlavə RMD-lar rejim dəyişikliyi ehtiyacı yarandığı zaman özlərinə sərf edən loyal namizədin hakimiyyətə gəlməsini dəstəkləyir ki, bu da demokratik transformasiya prosesini ləngidir.
Üçüncü səbəb
Ərəb dünyasında demokratik dəyişikliklərin baş verməməsinin daha bir səbəbi regionun coğrafi ərazisi və burada baş verən daxili və regional münaqişələrdir. Ərəb ölkələrində demokratik dəyişiklikləri araşdıran İbrahim Elbadavi və Samir Makdisi göstərirlər ki, dünyanın digər yerlərində vətəndaş müharibələri və xaricdən müdaxilə demokratik proseslərin güclənməsinə təkan versə də, ərəb dünyasında bunun əksi müşahidə olunmaqdadır. Qonşu ölkələrdə də demokratiya təcrübəsinin olmaması regional və beynəlxalq münaqişələri yumşaq müstəviyə keçirməyə imkan vermir, əksinə, həmin münaqişələrin şiddətini artırır. 1990-cı illərdə Qərb yarımkürəsində baş verən hadisələr kommunist blokuna daxil olan ölkələrin demokratik transformasiyası ilə yekunlaşdı. Avropa strukturlarına inteqrasiya olunmaq perspektivi də bu ölkələrdə sürətli demokratikləşmə prosesinə rəvac verən mühüm amillərdən idi. ŞAYŞ regionunda belə bir perspektiv yoxdur. Bundan əlavə regionda demokratik model rolunu oynayacaq ölkə də mövcud deyil.
Bu səbəblərdən ərəblər rejim dəyişiklərinə baxmayaraq, daha azad, daha sərbəst, daha demokratik və daha zəngin ola bilmirlər. Son zamanlar ərəblərin RMD ölkələrinə böyük köçü müşahidə olunur. İnsanlar Avropa və Amerikaya demokratik azadlıqlar ümidilə köçürlər və bu o deməkdir ki, demokratiya ərəb xalqına yad məfhum deyil.
Uzun illər Türkiyə, tam demokratiya hesab olunmasa da, regionda uğurla inkişaf edən dünyəvi dövlət kimi qəbul edilir. Türkiyənin sonrakı demokratik inkişafı bəzi ərəb ölkələrini də prosesə cəlb edə bilər. Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması, Rusiyadan silah alınacağı təqdirdə Ərdoğan hökuməti qarşısına qoyulan şərtlər, iyun ayında İstanbulda gözlənilən təkrar seçkilər Türkiyəni çətin seçim qarşısında qoymuşdur. ABŞ-la qarşıdurma yaxşı perspektiv vəd etmir. Hadisələrin bu cür inkişafı anti-Amerika ritorikasının radikallaşmasına gətirib çıxara bilər. Belə olan halda, ABŞ bunu anti-demokratik siyasət kimi dəyərləndirəcək və Türkiyəyə qarşı təzyiq vasitələrini artıracaqdır, ki, bu da ümumən regionda demokratik inkişaf prosesinin qarşısının alınması deməkdir.
Tahir Kərimov
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi
Modern.az
Baxış sayı: 794
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi