Bütün xəbərlər
9 yaşlı bloqer avtomobilin sükanı arxasına keçib
Tarix: 08-09-2025 16:34 | Bölmə: Digər

Başqırdıstanda Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları avtomobil idarə edən 9 yaşlı oğlanla video çəkən videobloqerləri məsuliyyətə cəlb ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının yol hərəkəti təhlükəsizliyi üzrə baş dövlət müfəttişi Vladimir Sevastyanov məlumat verib.
Qanun pozuntusu internetin monitorinqi zamanı aşkar edilib - kadrlarda VAZ-2107-nin sükanı arxasında azyaşlı uşağın olduğu əks olunub. Çəkilişlərdə ən azı daha iki yeniyetmə iştirak edib. Bununla bağlı yoxlama təşkil edilib.
"Məlum oldu ki, nəqliyyat vasitəsini 9 yaşlı uşaq idarə edirdi. Yetkinlik yaşına çatmayanların dediyinə görə, onların böyük qardaşı onlardan məşhur tendensiya üçün çəkilişdə iştirak etməyi xahiş edib", - Sevastyanov Teleqram kanalında yazıb.
Yetkinlik yaşına çatmayanın valideynlərinə qarşı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 5.35-ci maddəsi (Valideynlərin və ya yetkinlik yaşına çatmayanların digər qanuni nümayəndələrinin onları saxlamaq və böyütmək üzrə öhdəliklərini yerinə yetirməməsi) ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
Avtomobilin sahibi olan 23 yaşlı gəncə qarşı da Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.7-ci maddəsinin 3-cü hissəsi (Nəqliyyat vasitəsinə idarəetmənin aşkar şəkildə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsi) ilə protokol tərtib edilib.
Videonun bütün iştirakçıları baş verənlərə görə üzr istəyiblər.



Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər