21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
Moldovada gərginlik pik həddə çatdı
Tarix: 11-06-2019 20:00 | Bölmə: Siyasət

Ölkə prezidentini öldürmək istəyirlər?
Moldova tarixinin ən ciddi böhranını yaşayır. Mövcud siyasi durum günbəgün gərginləşməkdə davam edir. Rusiyayönümlü və avropayönümlü qüvvələr parlamentdə prezidentlə birləşib ölkənin ən nüfuzlu oliqarxı Vladimir Plaxotnyuku hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Lakin oliqarx da Konstitusiya Məhkəməsinin köməyi ilə ona qarşı çıxanları "qovmağa” müvəffəq olub. Moldovada hər biri öz legitimliyini elan etmiş iki rəqib hökumət, iyunun 10-da gecə ayrı-ayrı iclaslar keçirib. Dünən isə prezident İqor Dodon parlamentin buraxılması barədə baş nazir vəzifəsini icra edən Pavel Filip tərəfindən imzalanan dekreti ləğv edib. Dövlət başçısı Ali Təhlükəsizlik Şurasının iclasından sonra brifinqdə bildirib ki, Pavel Filip tərəfindən imzalanan dekret Konstitusiya normalarına uyğun deyil. Ən əhəmiyyətli məsələlərdən biri də ordu məsələsidir. Moldova ordusu ölkəni cənginə alan siyasi böhrana müdaxilə etmək niyyətində deyil. Bu barədə Moldovanın Müdafiə Nazirliyi informasiya yayıb. "Moldova ordusu adi rejimdə fəaliyyətinə davam edəcək, böhrana müdaxilə etməyəcək və siyasi oyunlardan kənarda qalacaq”, - nazirliyin bəyanatında deyilib. Vəziyyəti gərginləşdirən həm də odur ki, Moskva bu keçmiş sovet respublikasında baş verənlərə daha açıq müdaxilə etməyə başlayır. Moldovanın separatçı Dnestryanı bölgəsində hələ də 1000 nəfərədək hərbi heyət saxlayan Rusiyanın Xarici İşlər Nazirliyi "yeni hökumət koalisiyasını” dəstəklədiyini bildirib. Halbuki, ABŞ, Avropa İttifaqı və NATO hər iki tərəfi təmkinə çağırmışdı. Qonşu Rumıniyanın prezidenti Klaus İohannis bütün siyasi qüvvələri məsuliyyətli dialoqa çağırıb. Lakin Rumıniyanın xarici işlər naziri Teodor Meleskanu deyib ki, böhranın çözümü üçün yeganə yol Moldovada təkrar seçkinin keçirilməsidir. Bununla da, Buxarest Moldovada yaranmış yeni alyansı dəstəkləmədiyinə işarə edib. Yeni alyansın rəhbəri xanım Mayya Sandu deyib ki, bu siyasi böhran oliqarx Platoxnyukun bütün dövlət strukturlarındakı monopoliyasını dayandıranadək davam edəcək.
Ümumiyyətlə, Moldova 1991-ci ildə müstəqillik əldə edəndən bəri siyasi sabitsizlik və korrupsiya yaşayır. Yüz minlərlə moldovan imkansızlıqdan mühacirətə üz tutub. Siyasi sabitsizliyin daha da artmasına səbəb 2014-cü ildə ölkənin bank sistemindən 1 milyard dolların yoxa çıxması olub. O vaxt bəzi siyasi qüvvələr bu hadisənin araşdırılması üçün Ləyaqət və Həqiqət Platformasını elan etmişdilər. Bu platforma hazırda rəsmi hökumətə qarşı çıxan ACUM blokuna daxildir. Təşkilat bu qənaətdədir ki, bu pulun yoxa çıxmasında oliqarx Plaxotnyukun birbaşa iştirakı olub. Belə bir xəbər də yayılıb ki, Moldova Demokratik Partiyasının rəhbəri Vladimir Plaxotnyuk Rusiya baş nazirinin müavini Dmitri Kozakla görüşü zamanı ona, içində Kişinyovun xarici siyasət kursunun dəyişdirilərək Moskvaya yönəlməsi barədə təkliflərin olduğu zərf verib. Bunu "Kommersant” qəzetinə müsahibəsində Kozakın özü söyləyib. O, Plaxotnyukun etdiyi təkliflər sırasında Dnestryanı münaqişənin həllinin də olduğunu bildirib. Kozak Plaxotnyukun onlara Dnestryanı böhranını Moldovanın federallaşdırılması əsasında həll etməyi təklif etdiyini deyib.
İqor Dodon ölkəni cənginə almış böhrandan çıxış ssenariləri barədə danışıb. Bu barədə isə "İzvestiya” yazıb. Prezidentin sözlərinə görə, situasiyadan çıxmaq üçün müxtəlif variantlar mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsinin heyətindəki bir sıra hakimlər öz mövqelərində dəyişiklik edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinə hakimlərin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı qanuna dəyişiklik edilə bilər. "Düşünürəm ki, bu mənada ən vacib element xarici təzyiq – xarici partnyorlarımızın legitimliyimizi tanıması ola bilər”, - Dodon bildirib. İ.Dodon sensasion bir fikir də səsləndirib. "Mənə qarşı sui-qəsd planlaşdırılır” - bu sözləri TV8-ə müsahibəsində Moldova prezidenti İqor Dodon deyib. "Məndə olan məlumata görə, ortadan qaldırılmağım üçün 1 milyon dollar təklif edilir. Əgər mənə bir şey olsa, bunun günahkarı Demokratik Partiyanın sədri Vladimir Plaxotnyukdur”, – deyə o bildirib. O, Dövlət Mühafizə Xidmətinə güvənmədiyini də deyib. Prezident onu da deyib ki, Demokratik Partiya hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazırlaşmır: Geriyə yol yoxdur, sona qədər getməliyik. Bu vəziyyətdə bizim, ya beynəlxalq ictimaiyyətə hakimiyyətin sülh yolu ilə təhvil verilməsi prosesində vasitəçi olmaq üçün müraciət etmək, ya da Moldova xalqına çağırış etməkdən başqa çıxış yolumuz yoxdur”.
Hakim partiyanın tərəfdarlarının nazirlik və hökumət binalarının qarşında çadır qurmaları isə davam edir. Onlar prezident Dodonu "satqın” adlandırıblar və deyiblər ki, onun "beynəlxalq birliyi” Moldovodakı böhrana müdaxiləyə çağırması əslində Moskvaya edilən çağırışdır. Heç kim təkzib etmir ki, İqor Dodon Rusiya tərəfindən maliyyələşdirilir və idarə olunur. Kommunist Partiyasının keçmiş ideoloqu Mark Tkaçuk əhalini sosial şəbəkələrdən küçələrə çıxmağa çağırıb. Kişinyovdakı vəziyyəti şərh edən Moldovanın kütləvi siyasət üzrə institutunun eksperti, politoloq Yuriye Pıntı bildirib ki, ölkədə qan tökülməsini istisna edir. Onun qənaətincə, Moldovada ziddiyyətli və sabitliyə təhlükə olan bir vəziyyət formalaşıb. Onun sözlərinə görə, Avropa İttifaqının Mayya Sandunun rəhbərlik etdiyi hökuməti tanımasına baxmayaraq, Rusiya və Qərbin Moldovada güclənən siyasi böhranda iştirakı görünmür. "Sadəcə, hakimiyyət uğrunda kompromissiz mübarizə gedir, çox böyük kapitallar bölüşdürülür”, - deyə o bildirib. Kaspi.az
Baxış sayı: 877
Bölməyə aid digər xəbərlər
Tarix: 11-06-2019 20:00 | Bölmə: Siyasət

Moldova tarixinin ən ciddi böhranını yaşayır. Mövcud siyasi durum günbəgün gərginləşməkdə davam edir. Rusiyayönümlü və avropayönümlü qüvvələr parlamentdə prezidentlə birləşib ölkənin ən nüfuzlu oliqarxı Vladimir Plaxotnyuku hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Lakin oliqarx da Konstitusiya Məhkəməsinin köməyi ilə ona qarşı çıxanları "qovmağa” müvəffəq olub. Moldovada hər biri öz legitimliyini elan etmiş iki rəqib hökumət, iyunun 10-da gecə ayrı-ayrı iclaslar keçirib. Dünən isə prezident İqor Dodon parlamentin buraxılması barədə baş nazir vəzifəsini icra edən Pavel Filip tərəfindən imzalanan dekreti ləğv edib. Dövlət başçısı Ali Təhlükəsizlik Şurasının iclasından sonra brifinqdə bildirib ki, Pavel Filip tərəfindən imzalanan dekret Konstitusiya normalarına uyğun deyil. Ən əhəmiyyətli məsələlərdən biri də ordu məsələsidir. Moldova ordusu ölkəni cənginə alan siyasi böhrana müdaxilə etmək niyyətində deyil. Bu barədə Moldovanın Müdafiə Nazirliyi informasiya yayıb. "Moldova ordusu adi rejimdə fəaliyyətinə davam edəcək, böhrana müdaxilə etməyəcək və siyasi oyunlardan kənarda qalacaq”, - nazirliyin bəyanatında deyilib. Vəziyyəti gərginləşdirən həm də odur ki, Moskva bu keçmiş sovet respublikasında baş verənlərə daha açıq müdaxilə etməyə başlayır. Moldovanın separatçı Dnestryanı bölgəsində hələ də 1000 nəfərədək hərbi heyət saxlayan Rusiyanın Xarici İşlər Nazirliyi "yeni hökumət koalisiyasını” dəstəklədiyini bildirib. Halbuki, ABŞ, Avropa İttifaqı və NATO hər iki tərəfi təmkinə çağırmışdı. Qonşu Rumıniyanın prezidenti Klaus İohannis bütün siyasi qüvvələri məsuliyyətli dialoqa çağırıb. Lakin Rumıniyanın xarici işlər naziri Teodor Meleskanu deyib ki, böhranın çözümü üçün yeganə yol Moldovada təkrar seçkinin keçirilməsidir. Bununla da, Buxarest Moldovada yaranmış yeni alyansı dəstəkləmədiyinə işarə edib. Yeni alyansın rəhbəri xanım Mayya Sandu deyib ki, bu siyasi böhran oliqarx Platoxnyukun bütün dövlət strukturlarındakı monopoliyasını dayandıranadək davam edəcək.
Ümumiyyətlə, Moldova 1991-ci ildə müstəqillik əldə edəndən bəri siyasi sabitsizlik və korrupsiya yaşayır. Yüz minlərlə moldovan imkansızlıqdan mühacirətə üz tutub. Siyasi sabitsizliyin daha da artmasına səbəb 2014-cü ildə ölkənin bank sistemindən 1 milyard dolların yoxa çıxması olub. O vaxt bəzi siyasi qüvvələr bu hadisənin araşdırılması üçün Ləyaqət və Həqiqət Platformasını elan etmişdilər. Bu platforma hazırda rəsmi hökumətə qarşı çıxan ACUM blokuna daxildir. Təşkilat bu qənaətdədir ki, bu pulun yoxa çıxmasında oliqarx Plaxotnyukun birbaşa iştirakı olub. Belə bir xəbər də yayılıb ki, Moldova Demokratik Partiyasının rəhbəri Vladimir Plaxotnyuk Rusiya baş nazirinin müavini Dmitri Kozakla görüşü zamanı ona, içində Kişinyovun xarici siyasət kursunun dəyişdirilərək Moskvaya yönəlməsi barədə təkliflərin olduğu zərf verib. Bunu "Kommersant” qəzetinə müsahibəsində Kozakın özü söyləyib. O, Plaxotnyukun etdiyi təkliflər sırasında Dnestryanı münaqişənin həllinin də olduğunu bildirib. Kozak Plaxotnyukun onlara Dnestryanı böhranını Moldovanın federallaşdırılması əsasında həll etməyi təklif etdiyini deyib.
İqor Dodon ölkəni cənginə almış böhrandan çıxış ssenariləri barədə danışıb. Bu barədə isə "İzvestiya” yazıb. Prezidentin sözlərinə görə, situasiyadan çıxmaq üçün müxtəlif variantlar mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsinin heyətindəki bir sıra hakimlər öz mövqelərində dəyişiklik edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinə hakimlərin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı qanuna dəyişiklik edilə bilər. "Düşünürəm ki, bu mənada ən vacib element xarici təzyiq – xarici partnyorlarımızın legitimliyimizi tanıması ola bilər”, - Dodon bildirib. İ.Dodon sensasion bir fikir də səsləndirib. "Mənə qarşı sui-qəsd planlaşdırılır” - bu sözləri TV8-ə müsahibəsində Moldova prezidenti İqor Dodon deyib. "Məndə olan məlumata görə, ortadan qaldırılmağım üçün 1 milyon dollar təklif edilir. Əgər mənə bir şey olsa, bunun günahkarı Demokratik Partiyanın sədri Vladimir Plaxotnyukdur”, – deyə o bildirib. O, Dövlət Mühafizə Xidmətinə güvənmədiyini də deyib. Prezident onu da deyib ki, Demokratik Partiya hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazırlaşmır: Geriyə yol yoxdur, sona qədər getməliyik. Bu vəziyyətdə bizim, ya beynəlxalq ictimaiyyətə hakimiyyətin sülh yolu ilə təhvil verilməsi prosesində vasitəçi olmaq üçün müraciət etmək, ya da Moldova xalqına çağırış etməkdən başqa çıxış yolumuz yoxdur”.
Hakim partiyanın tərəfdarlarının nazirlik və hökumət binalarının qarşında çadır qurmaları isə davam edir. Onlar prezident Dodonu "satqın” adlandırıblar və deyiblər ki, onun "beynəlxalq birliyi” Moldovodakı böhrana müdaxiləyə çağırması əslində Moskvaya edilən çağırışdır. Heç kim təkzib etmir ki, İqor Dodon Rusiya tərəfindən maliyyələşdirilir və idarə olunur. Kommunist Partiyasının keçmiş ideoloqu Mark Tkaçuk əhalini sosial şəbəkələrdən küçələrə çıxmağa çağırıb. Kişinyovdakı vəziyyəti şərh edən Moldovanın kütləvi siyasət üzrə institutunun eksperti, politoloq Yuriye Pıntı bildirib ki, ölkədə qan tökülməsini istisna edir. Onun qənaətincə, Moldovada ziddiyyətli və sabitliyə təhlükə olan bir vəziyyət formalaşıb. Onun sözlərinə görə, Avropa İttifaqının Mayya Sandunun rəhbərlik etdiyi hökuməti tanımasına baxmayaraq, Rusiya və Qərbin Moldovada güclənən siyasi böhranda iştirakı görünmür. "Sadəcə, hakimiyyət uğrunda kompromissiz mübarizə gedir, çox böyük kapitallar bölüşdürülür”, - deyə o bildirib.
Baxış sayı: 877
Bölməyə aid digər xəbərlər
Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi













