Bütün xəbərlər
Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
Tarix: 21-05-2019 00:40 | Bölmə: Siyasət

                      

Ukrayna prezidenti vəzifəsinin icrasına başlamış Vladimir Zelenski və Kiyevdə Birləşmiş Ştatların nümayəndələri görüşüb.
"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
Mətbuat xidmətinin məlumatına görə, tərəflər görüşün gedişatında "Rusiya təcavüzü"nə əks təsir məsələlərini müzakirə ediblər.
"ABŞ hər şeydən əvvəl Rusiya təcavüzünün öhdəsindən gəlməkdə Ukraynanın güclü və çox ciddi müttəfiqidir. Biz Donetsk hövzəsində və Krımda Rusiya təcavüzünün öhdəsindən sərbəst gəlməyi bacarmayacağıq. Buna görə szin köməyiniz lazımdır", - deyə Zelenski rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini davam etdirməyə çağırıb.
Daha əvvəl məlum olub ki, Ukrayna prezidenti Ali Radanı vaxtından əvvəl buraxacaq.



Baxış sayı: 607


Bölməyə aid digər xəbərlər