Bütün xəbərlər
Azərbaycanlı namizəd: “Marneulidə seçkilər kütləvi pozuntularla keçirilir”
Tarix: 19-05-2019 20:02 | Bölmə: Siyasət

                            Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı namizədlər səs veriblər


“Marneuli rayonunda seçkilərdə kütləvi pozuntulara yol verilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu müxalif Vahid Milli Hərəkat Partiyasından Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Aqil Mustafayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri seçicilərin səslərini pulla satın almağa cəhd edirlər. “Bu seçkilər son illər Gürcüstanda ən çox qanun pozuntularına yol verilən seçkilərdir”.
A.Mustafayev qeyd edib ki, hakim partiya üzvləri seçkilərdə saxtakarlıqlara şərait yaratsalar da, onlar məqsədlərinə nail olmayacaqlar.



Baxış sayı: 571


Bölməyə aid digər xəbərlər