Bütün xəbərlər
İstanbulda yenidən bələdiyyə seçkiləri keçiriləcək
Tarix: 07-05-2019 00:23 | Bölmə: Siyasət

                

Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib.
Trend-in məlumatına görə, YSK seçkinin nəticələri ilə bağlı etirazlarla əlaqədar keçirdiyi iclasın sonunda belə bir qərar verib.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.
Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edirdi.



Baxış sayı: 542


Bölməyə aid digər xəbərlər