Bütün xəbərlər
Ərdoğan İstanbulu müxalifətin əlindən alacaq?
Tarix: 05-05-2019 17:21 | Bölmə: Siyasət




Sabah Türkiyə Mərkəzi Seçki Komissiyası İstanbul bələdiyyə sədri postuna seçkilərin yekun nəticələri ilə bağlı toplantı keçirəcək. 
Oxu.Az xəbər verir ki, toplantıda hakim partiyanın səsvermə zamanı yer alan pozuntular barədə müraciətinə və seçki nəticələrinin ləğvinə dair tələbinə baxılacaq. 
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİstanbulda iş adamları ilə görüşdə çıxışı zamanı İstanbuldakı səsvermənin nəticələrinin şübhə doğurduğunu bildirib və yeni seçki keçirməyi tələb edib. O, MSK-nı ziddiyyətləri aradan qaldıracaq və İstanbulun adını təmizləyəcək qərar verməyə çağırıb. 
Ekspertlərin bir qismi hesab edir ki, Ərdoğanın MSK-nın iclasına iki gün qalmış belə bir bəyanatla çıxış etməsi təsadüfi deyil. Onların fikrincə, MSK İstanbuldakı seçkilərin nəticələrini ləğv edəcək.


Baxış sayı: 557


Bölməyə aid digər xəbərlər