Bütün xəbərlər
Xamneyi: Sanksiyalara baxmayaraq neft ixracını davam etdirəcəyik
Tarix: 24-04-2019 15:31 | Bölmə: Siyasət

                      

İran tələb olunduğu qədər neft ixrac etməyə davam edəcək.
Trend-in məlumatına görə, bunu İranın ali lideri Əli Xamneyi öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, ABŞ İranın neft satışlarını boykot etmək cəhdləri heç nəyə gətirib çıxarmayacaq.
Ə.Xamneyi vurğulayıb ki, ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq:
“Onlar ümid edir ki, İran neftin satışını dayandıra bilib. Amma bizim güclü xalqımız və hökumətimiz səylə işləsələr, blokadanı yarmaq olar”.




Baxış sayı: 620


Bölməyə aid digər xəbərlər