10:16 / 11-08-2026
Uşağı xilas etdilər
Bütün xəbərlər
Rusiya və İran ABŞ və İsrailin yaratdığı böhranı müzakirə etdilər
Tarix: 11-08-2026 19:11 | Bölmə: Siyasət


 Rusiya və İran ABŞ-İsrail təcavüzü nəticəsində yaranan böhranın aradan qaldırılması ilə bağlı xarici işlər nazirlikləri arasında məsləhətləşmələr apardılar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Tərəflər həmçinin tərksilah və silahlara nəzarət mövzusunda danışıqlar apardılar.
ABŞ-İsrail təcavüzü nəticəsində yaranan böhranın aradan qaldırılması və İranın nüvə proqramı ilə bağlı vəziyyətin həlli perspektivlərinə böyük diqqət yetirildi.
XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun lazım gələrsə, Tehranla münaqişəni gərginləşdirmək potensialına malik olduğunu bildirmişdi.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər