10:16 / 11-08-2026
Uşağı xilas etdilər
Bütün xəbərlər
Makkol: "Rusiyaya qarşı sanksiyalar qanun layihəsi Nümayəndələr Palatasına göndərilib"
Tarix: 11-08-2026 10:07 | Bölmə: Siyasət


 ABŞ konqresmenlərindən ibarət ikipartiyalı qrup Nümayəndələr Palatasına Rusiyaya qarşı sanksiyalar qanun layihəsi təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, respublikaçı konqresmen Maykl MakKol bunu sosial mediada açıqlayıb.
"Bu gün mən Steni Hoyer və 16 həmkarımla birlikdə Nümayəndələr Palatasında 2026-cı il Rusiya-İran Sanksiyaları Qanununu təqdim etdim".
TASS Makkolun sözlərinə istinad edir.
"The Hill" qəzetinin məlumatına görə, bu addım əsasən simvolikdir, çünki sənəd bu ayın əvvəlində böyük səs çoxluğu ilə qəbul edilmiş Senat versiyasını tamamilə təkrarlayır.
Nümayəndələr Palatası qanun layihəsinə payızda səs verəcək, çünki Konqresin aşağı palatasının üzvləri avqustun sonuna qədər tətildə olacaqlar.
Avqustun 7-də ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Bundan əvvəl senatorlar ABŞ prezidenti Donald Trampın Rusiyadan neft və ya qaz idxal edən ölkələrə tarif tətbiq etmək səlahiyyətini ləğv edəcək düzəlişə qarşı səs veriblər.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər