Bütün xəbərlər
Ankarada Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər
Tarix: 22-04-2019 00:34 | Bölmə: Siyasət

                    

Ankarada Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər.
Trend-in məlumatına görə, bir qrup şəxs şəhərin Çubuk rayonunda Kılıçdaroğluna hücum etməyə cəhd edib, ancaq partiya liderinin mühafizəsi cəhdin qarşısını alıb və onu yaxınlıqda yerləşən evlərdən birinə aparıb.
Hadisə yerinə ölkənin milli müdafiə naziri Xulusi Akar gəlib. Yalnız bundan sonra Kılıçdaroğlunu evdən çıxarıblar və zirehli maşında aparıblar.
Hadisə ilə bağlı araşdlırma aparılır.



Baxış sayı: 582


Bölməyə aid digər xəbərlər