19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
Bütün xəbərlər
Rusiyanın Bakıdakı səfiri Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən çağırılıb
Tarix: 06-07-2026 19:17 | Bölmə: Siyasət


Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimovu çağırıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada bildirildiyinə görə, Ukraynada Azərbaycan şirkətinin yanacaqdoldurma məntəqəsinə edilən dron hücumu ilə bağlı ona etiraz edilib.
Sözügedən məntəqə Ukraynanın Nikolayev bölgəsindəki SOCAR yanacaqdoldurma məntəqəsidir. Dron hücumu 5 iyulda baş verib.
Rusiya tərəfinə müvafiq nota verilib... Rusiya tərəfi yuxarıda qeyd olunan bütün hadisələrlə bağlı hərtərəfli araşdırma aparmaq, hücumlarla bağlı müvafiq izahatlar vermək və mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərinə tam əməl olunmasını təmin etmək üçün çağırılıb.
NAZİRLİYİN BƏYANATINDA DEYİLİR.
Rusiya rəsmi qurumları hələlik bu vəziyyətlə bağlı şərh verməyib.




Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər