19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
Bütün xəbərlər
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
Tarix: 05-07-2026 21:10 | Bölmə: Siyasət


 TASS xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Yekaterinburqdakı İnnoproma səfəri siyasətçinin ölkə parlament seçkilərindən bəri Rusiyaya ilk səfəri olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paşinyan sonuncu dəfə Rusiya Federasiyasına bu ilin aprel ayında səfər edib. Ermənistanın Baş naziri daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Daha əvvəl Rusiya hökumətinin mətbuat xidməti Rusiyanın Baş naziri Mixail Mişustinin 6 iyul Bazar ertəsi günü Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacağını bildirmişdi. Hökumət başçıları 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək 16-cı Beynəlxalq Sənaye Sərgisi "İnnoprom"da iştirak edəcəklər.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər