13:58 / 28-06-2026
Altı nəfər xəsarət alıb
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın AB ilə yaxınlaşmaq üçün praktik addımlar atdığını bildirib
Tarix: 29-06-2026 20:00 | Bölmə: Siyasət


 Ermənistanın Avropa Birliyinə qoşulma prosesi artıq başlayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Diplomat xatırladıb ki, ötən ilin aprel ayında respublika AB-yə qoşulma prosesinin başlanması haqqında qanun qəbul edib.
Ermənistanın Avropa Birliyinə qoşulma prosesinin başladığını təsdiqləmək üçün başqa nəyə ehtiyacımız var? Bu məsələ ilə bağlı xüsusi qanun qəbul edilib. Və mən burada başqa bir şərh görmürəm.
O, həmçinin əlavə edib ki, Ermənistan hakimiyyəti respublikanı AB-yə yaxınlaşdırmağa yönəlmiş praktik addımlar atır.
Daha əvvəl senator Vladimir Cabarov Ermənistanın Aİ-yə qoşulacağı təqdirdə dövlətçiliyini itirəcəyi fikrini bildirmişdi.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin də qeyd etdiyi kimi, Rusiya ilə uzunmüddətli əlaqələrin kəsilməsi qaçılmaz olaraq adi Ermənistan vətəndaşları üçün ağır nəticələrə səbəb olacaq.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər