Bütün xəbərlər
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
Tarix: 16-06-2026 23:59 | Bölmə: Siyasət

akopyan-ermenistani-birinci-xanim-qisminde-temsil-edecek


Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də keçiriləcək ənənəvi illik tədbirində Ermənistanı Baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan təmsil edəcək. 
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb. 
Məlumata görə, Nyu-Yorkda baş tutacaq tədbirdə hökumət başçısının həyat yoldaşı qismində iştirak edəcək Akopyanın ezamiyyət sərəncamı Paşinyan tərəfindən 11 iyunda imzalanıb.
26 iyun - 4 iyul tarixlərində davam edəcək səfər xərclərinin müəyyən olunmuş qaydada ödənilməsi barədə hökumət aparatına tapşırıq verilib. Səfər üçün ayrılan vəsaitin miqdarı açıqlanmır. 
Xatırladaq ki, Nikol Paşinyan və Anna Akopyanın vətəndaş nikahı bu ilin fevral ayında başa çatıb. Keçmiş cütlüyün 4 övladı var.







Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər