Bütün xəbərlər
Putin Rusiya-ASEAN sammiti zamanı on dövlət başçısı ilə görüşəcək
Tarix: 16-06-2026 19:54 | Bölmə: Siyasət


 RİA Novosti xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Kazanda keçiriləcək Rusiya-ASEAN sammiti çərçivəsində on beynəlxalq ikitərəfli görüş keçirməyi planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının üzvləri arasında münasibətlərin 35-ci ildönümünə həsr olunmuş yubiley sammiti 17-19 iyun tarixlərində keçiriləcək.
Jurnalistlərin məlumatına görə, Rusiya prezidenti Tayland, Laos, Sinqapur, Kamboca, Şərqi Timor, Filippin, Vyetnam, Bruney Darussalam və Malayziya liderləri ilə görüşəcək.
Putin həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə də görüşəcək.
Əvvəllər Putinin Fransada keçiriləcək G7 sammitinə rəsmi dəvət almadığı bildirilirdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər