19:06 / 10-06-2026
Sərnişin avtobusu yanıb
Bütün xəbərlər
İtaliya Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə çağırır
Tarix: 11-06-2026 19:38 | Bölmə: Siyasət


 İtaliya Parlamentindəki hakim koalisiyanın bir hissəsi olan Şimal Liqası partiyası, 18-19 iyun tarixlərində keçiriləcək AB Şurasının iclasından əvvəl parlamentin digər üzvlərinə təqdim ediləcək qətnaməni dəyişdirib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "La Repubblica" qəzetinin məlumatına görə, partiya üzvləri sənədə Rusiya əleyhinə sanksiyaların ləğvi planı da daxil olmaqla ən azı üç daha yumşaq bəndin daxil edilməsində israr ediblər.
Qətnamənin yeni mətnində Liqa İtaliya hökumətini "münaqişə bitdikdən sonra sanksiyalar sistemindən tədricən imtina etməyə və sistemdən danışıqlar rıçağı kimi istifadə etməyə" çağırır. Sənəddə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin tədricən ləğvi təklif olunur. Nəşrin məlumatına görə, bu cür ifadənin hökumət qətnaməsinə ilk dəfə daxil edilməsidir.
Bundan əlavə, əvvəllər yayılmış orijinal versiyada olan "Ukraynanın ərazi bütövlüyünün" qorunması ilə bağlı bənd qətnamədən çıxarılıb.Sənəddə indi yalnız "suverenliyə və müstəqilliyə tam hörmət"dən bəhs olunur.
Sənədin hazırlanmasında iştirak edən senator Klaudio Borqi və Liqadan olan millət vəkili Stefano Kandiani izah ediblər ki, bu ifadə qətnamənin may versiyasında dəyişdirilib.
Bundan əvvəl İtaliyanın müxalifətdəki "Beş Ulduz Hərəkatı"ndan olan Avropa Parlamentinin üzvü Danilo Della Valle Aİ-ni Kiyevin hərbi səylərini maliyyələşdirmək əvəzinə, sülh yolu ilə həlli asanlaşdırmağa çağırıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər