17:45 / 08-06-2026
Çayda bir kişi boğuldu
09:45 / 08-06-2026
Morqda yanğın baş verib
Bütün xəbərlər
Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Kazana gəlib
Tarix: 09-06-2026 20:46 | Bölmə: Siyasət


 Rusiya xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Kazana gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iclas iyunun 10-da başlayır. Rusiya xarici işlər nazirinin həmkarlarını Rusiyanın hazırkı KTMT sədrliyinin prioritetlərinin həyata keçirilməsinə yönəlmiş təşəbbüslər barədə məlumatlandırması gözlənilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, genişləndirilmiş iclasda 11 noyabrda Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında baxılmaq üçün təqdim ediləcək sənədlər təsdiqlənəcək.Bundan əlavə, aktual beynəlxalq məsələlərlə bağlı bir sıra birgə bəyanatlar qəbul ediləcək.
Lavrov daha əvvəl bildirib ki, Yaxın Şərqdəki böhranın nəticələri KTMT regionuna təsir edəcək.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər