08:35 / 07-06-2026
Yanğında bir kişi ölüb
Bütün xəbərlər
Çin Belarusun suverenliyinin müdafiəsində ona dəstək olmağa hazır olduğunu bəyan edib
Tarix: 07-06-2026 08:09 | Bölmə: Siyasət


Çin Belarusun suverenliyinin müdafiəsində ona dəstək olmağa davam etməyə hazırdır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının vitse-prezidenti Han Çjen bildirib.
Onun sözlərinə görə, Minsk Pekinin strateji tərəfdaşıdır.
Çin Belarusla münasibətlərin inkişafına və əməkdaşlığın dərinləşdirilməsinə qətiyyətlə sadiqdir və onun suverenliyinin, təhlükəsizliyinin və inkişaf maraqlarının qorunmasında ona dəstək olmağa davam edəcək.
XİNHUA AGENTLİYİ ÇİNİN VİTSE-PREZİDENTİNDƏN SİTAT VERİR.
Dünən Minskdə Han Çjen və Belarusun Baş naziri Aleksandr Turçin arasında görüş keçirilib.
Bu arada, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və Pekin tezliklə qlobal enerji sənayesini yeni müqavilələrlə sevindirə bilər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər