21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
Vüqar Rəhimzadə: "Ulu Öndər Azərbaycanın müstəqilliyini əbədi etdi"
Tarix: 27-05-2026 00:28 | Bölmə: Siyasət

Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Məhz 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqilliyi dünyaya bəyan edildi. Zəngin dövlətçilik ənənələrinə malik xalqımız tarixinin müxtəlif dövrlərində zamanın təlatümlü hadisələri nəticəsində böyük imperiyaların tərkibinə daxil olsa da, azadlıq və müstəqillik ideyası heç vaxt unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti də məhz XIX əsrin sonları və XX əsrin əvvəllərində baş verən mədəni-siyasi yüksəliş mərhələsinin, milli özünüdərkin və azadlıq ruhunun məntiqi nəticəsi kimi meydana çıxmışdı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı təsis olundu. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qalaraq müstəqilliyini itirdi. Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci il oktyabr ayının 18-də bərpa etdi. Lakin xalqımız müstəqilliyin sevincini yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı.
Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar daim tariximizin qara səhifəsi kimi vərəqlənir. Həmin illərdə ölkədə hökm sürən hakimiyyətsizlik Azərbaycanı böyük bəlalarla, faciələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Həmin təlatümlü illərdə bir tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzü digər tərəfdən, daxildə hakimiyyət uğrunda amansız mübarizə ölkəni çətin bir duruma salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsinin işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən bəhs edərkən Onun fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlərin miqyasının nə qədər geniş olduğunu da xüsusi qeyd etməliyik. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Bununla da Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolun bünövrəsi qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha təsdiqlədi.
Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını üzərinə götürdü, Azərbaycanı bütün sahələrdə inkişaf, tərəqqi yoluna çıxardı. Onun “Azərbaycan dünyaya Günəş kimi doğacaq” çağırışının davamı olaraq bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan qalib, suverenliyini tam bərpa edərək yeni reallıqlar yaradan ölkə olaraq dünyanın diqqətindədir. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə yaradılan möhkəm təməl ölkəmizin ardıcıl şəkildə hədəflərə doğru inamla irəliləməsini şərtləndirdi. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas faktor oldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi, Azərbaycan beynəlxalq arenada yeni dostlar, tərəfdaşlar qazandı. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası hazırda möhkəm təmələ söykənərək daha da genişlənir. Dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Hazırda ölkəmiz yaşıl enerjiyə keçid prosesi ilə dünyanın diqqətindədir. Bugünümüzün uğurları Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışının təsdiqidir. İqtisadi imkanlarımız digər sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm işlərin görülməsinə yol açdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Heydər Əliyev siyasətinin son 22 ildən artıq dövrdə uğurlu davamı Azərbaycanı zəfərlərə qovuşdurur.
Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, bugünümüzün əsas hədəfi olan Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan məhz Ulu Öndərin həmişəyaşar ideyalarının işığında İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq bu arzunu reallığa çevirdi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsi 2003-2023-cü illər üçün verilən bütün vədlərin yerinə yertirilməsinin təsdiqi oldu. Bu gün artıq sakinlərinə qovuşan şəhərlərimizin sayı 10-a çatıb. Ümummilli Lider Heydər Əliyevin doğum günündə - 10 may tarixində 10-cu şəhər-Zəngilan sakinlərini qarşıladı. Tarixi Zəfərimizdən sonra bayram, əlamətdar günlərdə dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfəri ənənə halını alıb. Ötən il 28 May-Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Həmin gün, həmçinin Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın şəhərində Zirvə görüşü keçirildi. Tariximizin bu kimi qürurverici səhifələri çoxdur, onları vərəqlədikcə müasir müstəqil, qalib Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasının böyük səylərə, qətiyyətə söykəndiyini əminliklə qeyd edirik.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün müasir müstəqil Azərbaycan 108 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı güclü, dünyada sayılıb-seçilən dövlətdir. Müasir müstəqil Azərbaycan dövləti hərtərəfli və dinamik inkişaf yolundadır. İqtisadiyyatdan tutmuş ordu quruculuğuna, təhsildən tutmuş beynəlxalq nüfuza qədər bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun aparıcı dövlətinə çevrilməklə yanaşı, beynəlxalq miqyasda da söz və nüfuz sahibidir. Azərbaycan bu gün müstəqil və prinsipial siyasət yürüdən nadir ölkələrdən biridir. Hazırda paytaxt Bakı ilə yanaşı, azad edilmiş ərazilərimiz diplomatik mərkəz kimi dünyanın diqqətindədir.
Millət vəkili bildirib ki, zəngin və qüruruverici tariximizin öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması bütün dövrlər üçün öz aktuallığını qoruyur. Məhz bu məqsdələ 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldılmışdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90, həmçinin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çoxəsrlik dövlətçilik tariximizdə çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
Vüqar Rəhimzadə qeyd edib ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil, milli qürurun, dövlətçilik şüurunun və müstəqil yaşamaq haqqının simvoludur. Tarixin yaddaşında azadlıq uğrunda atılmış hər addım xalqın gələcəyə inamını əks etdirir. Azərbaycan xalqı da XX əsrin əvvəllərində öz taleyinə sahib çıxmaq, milli kimliyini qorumaq və müstəqil yaşamaq əzmini dünya tarixinə şərəfli və qürurverici səhifə kimi yazdı.
Baxış sayı: 332
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi