Bütün xəbərlər
Ermənistan Avrasiya İqtisadi Birliyi daxilində bütün imtiyazlarını itirmək təhlükəsi ilə üzləşir
Tarix: 15-05-2026 23:34 | Bölmə: Siyasət


 Ermənistan Avrasiya İqtisadi Birliyi daxilində bütün imtiyazlarını itirə bilər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu bildirib.
Dövlət xadimi Moskvanın Yerevanla münasibətlərini yaxın və müttəfiq, eyni zamanda mürəkkəb adlandırıb. Lavrov qeyd edib ki, Qərb digər MDB üzvlərinin nümunəsini izləyərək Ermənistanı tabe etməyə çalışır. Nəticədə, Yerevan MDB və AAİ tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticarət və investisiya əlaqələrini kəsə bilər.
Nazir Rusiya ilə Ermənistan arasındakı münasibətlərin Qazaxıstanda keçiriləcək Avrasiya İqtisadi Birliyi sammitində müzakirə olunacağını açıqlayıb.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin heç vaxt Rusiya ilə münaqişə etməyəcəyini bildirib. "Bu, bizim vəzifəmiz, məqsədimiz və əhatə dairəmiz deyil", - deyə, siyasətçi qeyd edib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər