Bütün xəbərlər
Rusiya Müdafiə Nazirliyi bir daha ictimaiyyəti və diplomatları Kiyevi tərk etmələrinin vacibliyi barədə xəbərdar etdi
Tarix: 07-05-2026 20:22 | Bölmə: Siyasət


 Rusiya Müdafiə Nazirliyi açıqlamasında bir daha ictimaiyyəti və diplomatları Kiyevi tərk etmələrinin vacibliyi barədə xəbərdar etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hərbçilərin xatırlatdığına görə, Ukrayna Silahlı Qüvvələri 9 mayda Moskvada Qələbə Günü Paradını pozmağa cəhd edərsə, Kiyevin mərkəzinə zərbə endiriləcək.
Biz bir daha Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin işçilərini şəhəri dərhal tərk etmələrinin vacibliyi barədə xəbərdar edirik.
Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Ənvər əl-Anuni bildirib ki, AB diplomatlarını Ukrayna paytaxtından təxliyə etmək niyyətində deyil. Siyasətçi əlavə edib ki, Aİ heç nəyi dəyişməyi planlaşdırmır.




Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər