23:15 / 03-05-2026
Tofiq Paşayevə ağır itki
Bütün xəbərlər
Montyorluqdan rektorluğa... - Dosye
Tarix: 05-05-2026 18:19 | Bölmə: Siyasət

             montyorluqdan-rektorluga



Xəbər verdiyimiz kimiNurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 63 yaşlı N.Yusifbəyli əmək fəaliyyətinə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru kimi başlayıb.
O, 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətində rəis, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə  “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində işləyib. 2002–2009-cu illərdə ASC-nin Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışıb.
2012-ci ildən İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrini tutub.
2015-2020-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.
2021-ci ildən isə hazırkı təyinatadək isə Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru təyin olunub.
Ailəlidir, iki övladı var.



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər