10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
12:52 / 09-09-2026
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
12:49 / 09-09-2026
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
12:44 / 09-09-2026
Media xəbərlərinə görə, fon der Leyen AB-dəki iqtisadi böhrana hazır olmaya bilər
12:41 / 09-09-2026
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
Vüqar Rəhimzadə: "Avropa Parlamenti Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilib"
Tarix: 05-05-2026 18:01 | Bölmə: Siyasət

Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsindən, bütün bunların fonunda yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanların açılmasından bəhs edir. 30 il torpaqları işğal altında qalan Azərbaycan münaqişənin nizamlanması üçün dünya ölkələrinə ədalət və beynəlxalq hüquqa hörmət çağırışlarını etməklə yanaşı, ikili standartlara əsaslanan siyasətin yeni münaqişələrə yol açdığını, mövcud problemlərin həlli prosesinə mane olduğunu, dövlətlər arasında münasibətlərdə qarşılıqlı etimad mühitini sıfra endirdiyini ən yüksək tribunalardan bəyan etdi. İkili standartların ədalətsizlik olduğu əsaslı şəkildə bəyan edildi. Lakin bunların fonunda Azərbaycan yenə də ədalətə və beynəlxalq hüquqa söykənərək torpaqlarının işğaldan azad edilməsi istiqamətində sülh danışıqlarını davam etdirdi, sonda ədalətin zəfər çalacağına inamını itirmədi.
Bu gün 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillər bəllidir və onların ətraflı şərhinə ehtiyac yoxdur. Bu baxımdan ki, dövlətimizin başçısı İlham Əliyev həm Vətən müharibəsi dövründə 30-dan artıq aparıcı beynəlxalq media qurumlarına müsahibələrində, eyni zamanda, tarixi Zəfərimizdən sonrakı mərhələdə beynəlxalq təşkilatların tribunalarından, müxtəlif platformalardan bütün çıxışlarında 30 illik işğal dövrünün reallıqlarını, 44 günlük İkinci Qarabağ müharibəsinə aparan yolu geniş şəkildə təhlil edir, həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Azərbaycan bu gün torpaqlarını işğaldan azad edib qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, informasiya cəbhəsində üstünlüyümüzü qorumaq üçün səylərimizi daha da artırır, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən dövlətlərə, beynəlxalq təşkilatlara həqiqətləri real faktlarla çatdırır.
Bu baxımdan Avropa Parlamentinin 2026-cı il aprelin 30-da qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli, reallığı əks etdirməyən və regional sülh prosesinə zərbə vurmaq məqsədi güdür. Bu qətnamənin hansı maraqların əsasında hazırlandığı sənədin adında özünü aydın şəkildə nümayiş etdirir. Avropa Parlamentinin “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı sözügedən qətnaməsi açıq-aşkar Ermənistana dəstəyin ifadəsi, Azərbaycana qarşı əsassız ittiham və böhtanların məcmusudur. Belə sənədlərin qəbulunda Avropa Parlamentinin məqsədi və məramı özlüyündə aydındır. Qurumun Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ölkəmizə qarşı bu qərəzli qətnamə Avropa Parlamenti tərəfindən qəbul edilən ilk sənəd deyil.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, qətnamə müəllifləri Cənubi Qafqazda yaranmış yeni reallıqları görməzdən gələrək erməni lobbisinin maraqlarını əsas götürüblər. Mayın 1-də Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılaraq Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi onun diqqətinə çatdırıldı və qurum tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizlə bağlı əsassız və qərəzli müddəalar qəti şəkildə pisləndi və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim olundu. Qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulandı. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə zərbə vurduğu xüsusi qeyd olundu.
Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və bu kimi çağırışlar Azərbaycanın daxili işlərinə müdaxilədən başaq bir şey deyil. Onu da qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə birgünlük antiterror tədbirlərinin həyata keçirilməsi qaçılmaz idi. Həmçinin lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etməsi bütün dünyaya məlumdur. Bütün bunlar həmin qətnamədə yer alan iddiaların nə qədər əsassız, maraqlara xidmət edən, çirkin niyyətdən yaranan fikirlər olduğunu təsdiqləyir. Azərbaycana qarşı qərəzlə dolu bu sənəddə öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların qayıdış hüququnun diqqətdən kənarda qalması qətnamənin açıq şəkildə qərəzli xarakter daşıdığını sübut edir. Beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olaraq, bu mühüm humanitar məsələnin nəzərə alınmaması sənədin birtərəfli və ədalətsiz yanaşma əsasında hazırlandığını sübut edir. Azərbaycan müstəqil dövlətdir və onun xarici siyasətinin prinsipləri dəyişməzdir. Bu prinsiplərdən biri də heç bir dövlətin daxili işlərinə müdaxilə etməmək, həmçinin özünün daxili işlərinə müdaxilənin yolverilməzliyini nümayiş etdirməkdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamədə “müharibə əsirləri” kimi təqdim edilən, əslində isə Azərbaycanın suveren ərazilərində törətdikləri cinayətlərinə görə məhkum olunan erməniəsilli qatı cinayətkarların, uşaq qatillərinin azad edilməsi ilə bağlı hüquqi baxımdan qəbuledilməz olan çağırışların da yer alması gülünc və təşşüf doğurur. Eyni zamanda, mədəni və dini irsin məhv edilməsi ilə bağlı iddiaların da əsassızlığı qətnamə müəlliflərinin özlərinə də çox yaxşı bəllidir. İşğaldan azad edilmiş torpaqlarımız Ermənistanın 30 il davam edən işğalı dövründə onların törətdikləri bütün dağıntıların, vəhşiliklərin təqdimatıdır. Bütün tikililər darmadağın edilmişdi. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqının izlərini silmək üçün mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. Bütün bu reallıqları görməzdən gələn Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə açıq-aşkar sülh və normallaşma prosesinə zərbə vurmaq niyyətini təsdiqləyir. Avropa Parlamenti ya regionun reallıqlarını bildiyi halda maraqlarına uyğun olaraq bunları görmək istəmir, ya da onları dərindən öyrənmədən, birtərəfli, yalan və absurd məlumatlara əsaslanaraq qərarlar qəbul edir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır. Belə olan təqdirdə inamdan, qarşılıqlı etimaddan danışmaq mümkün deyil. Bu qərəzli yanaşma Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də təsir göstərməyə bilməz. Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılarkən bu məsələ xüsusi diqqətə çatdırıldı. Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırıldı.
Millət vəkili bildirib ki, Azərbaycan hər zaman əməkdaşlıq, sülh, təhlükəsizlik tərəfdarı olub. Hazırda ölkəmiz təkmil sülh və enerji təcrübəsi ilə dünyanın diqqətindədir. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edən Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bunun üçün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu, eləcə də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanmasını xatırlatmaq kifayətdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu baxımdan Avropa Parlamenti daha məsuliyyətli, ədalətli mövqe tutmalı, hazırda yeni mərhələyə daxil olan münasibətlərə xələl gətirəcək addımlar atmamalıdır. Avropada ksenofobiya, islamofobiya, irqçilik və bu kimi bir çox meyillərin geniş yayıldığı bir vaxtda Avropa Parlamentinin bu mənfi meyillərlə mübarizə aparmaq əvəzinə obyektivlikdən uzaq, qərəzli qətnamələr qəbul etməsi qurumun nə qədər acınacaqlı vəziyyətə düşdüyünün göstəricisidir. Anti-Azərbaycan xarakterli bu qətnamənin real faktlara deyil, ölkəmizin əleyhinə olan qüvvələrin qərəzli maraqlarından qaynaqlanan təxribat və qarayaxma ssenarisi əsasında korrupsionerlər tərfindən hazırlandığı birmənalıdır.
Artıq bu qurumla konstruktiv əməkdaşlıq etmək mümkün deyil. Milli Məclis Avropa Parlamentinin ölkəmiz əleyhinə fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Eyni zamanda, Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması qərara alınıb.
Baxış sayı: 360
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
27-08-2026, 18:24
ABŞ və İran hazırda danışıqlar aparmır
26-08-2026, 18:12
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
26-08-2026, 18:10
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
26-08-2026, 17:57
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
26-08-2026, 12:07
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
25-08-2026, 19:25
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
25-08-2026, 19:17
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
24-08-2026, 20:03
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
24-08-2026, 19:50
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
20-08-2026, 19:12
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
20-08-2026, 19:09
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
19-08-2026, 16:41
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
19-08-2026, 16:23
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
19-08-2026, 08:15
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
18-08-2026, 22:15
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
18-08-2026, 21:58
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
18-08-2026, 12:38
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
18-08-2026, 12:13
General oğlu vəzifəsindən azad edildi
17-08-2026, 22:39
Ən gənc general-leytenant oldu
17-08-2026, 19:46
Polşa Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlıqlarını açıqladı
17-08-2026, 19:20
Zaxarova: "Yaponiyanın Moskvadakı səfiri çağırışdan sonra 18 avqustda Rusiya Xarici İşlər Nazirliyinə gələcək"
16-08-2026, 08:42
KTMT Ermənistanın gələcəyi ilə bağlı qərarı ağlabatan müddət ərzində qəbul etməyi tövsiyə etdi
16-08-2026, 08:20
Deyvis Zelenskini Polşaya təbrik mesajına görə tənqid etdi
13-08-2026, 18:55
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb