Bütün xəbərlər
Afrika korpusu Malidə mühasirəyə alınarkən bir gündən çox mövqeyini qoruyub saxladı
Tarix: 28-04-2026 17:48 | Bölmə: Siyasət


 Malinin Kidal şəhərində yerləşən Afrika korpusu dəstəsi tamamilə mühasirəyə alınarkən bir gündən çox döyüşdü. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əsas qalaya dörd böyük hücum dəf edildi.
Hazırda Mali rəhbərliyinin qərarı ilə yerli qoşunlar və Rusiya bölmələri şəhərdən geri çəkilib.
Buna baxmayaraq, Afrika korpusu bölmələri düşmənə şəxsi heyət və texnika baxımından ağır itkilər verərək qanuni hökumətin nüfuzunu qoruyub saxladı və mülki şəxslərin həyatını itirməsinin qarşısını aldı.
Düşmən təcavüzkar niyyətlərindən əl çəkməyib və yenidən qruplaşır. Mali Respublikasında vəziyyət gərgin olaraq qalır.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər