22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Orban seçki məğlubiyyətinin əhəmiyyətli olduğunu etiraf etdi
Tarix: 16-04-2026 22:33 | Bölmə: Siyasət


 Macarıstanın Baş naziri Viktor Orban partiyasının parlament seçkilərindəki məğlubiyyətini birmənalı və əhəmiyyətli adlandırdı. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Patriota" portalına verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, məğlubiyyətin miqyası yekun səsvermə rəqəmlərində aydın şəkildə əks olunub.
Biz 2,3 milyon səs, rəqibimiz isə 3,1 milyon səs aldı. Məqsədimizi rəqəmlərlə ölçmək olar, çünki ölkəni yeniləmək üçün kifayət qədər gücümüz olsun deyə 3 milyon səs almaq istəyirdik. Buna görə də məğlubiyyətin miqyası böyükdür.
Macarıstanda parlament seçkiləri 12 apreldə keçirildi. Peter Magyarın rəhbərlik etdiyi müxalifətdəki Tisza partiyası Milli Assambleyadakı 199 yerdən 138-ni qazanaraq qalib gəldi. Viktor Orban məğlubiyyətini etiraf etdi və onun partiyası Fidesz ölkənin rifahı naminə işləməyə davam edəcəyini bildirdi.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər