Bütün xəbərlər
Ermənistan Moskvada 7 rayonun qaytarılmasına razılıq verəcək – Sensasion şərh
Tarix: 15-04-2019 13:27 | Bölmə: Siyasət

                    



 Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüşdə Qarabağın ətrafındakı 7 rayonun qaytarılması ilə bağlı razılaşma əldə oluna bilər. Ermənistan torpaqlarımızı qaytarmasa, Azərbaycan müharibəyə gedəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın açıq-aşkar müharibəyə hazır olduğunu bəyan etməsi Ermənistanı qorxudub: “Başa düşürlər ki, bunu çox uzatsalar, müharibə təhlükəsi Ermənistanın başının üstünü alacaq. Müharibə də olsa, Paşinyanın evi yıxılacaq. Ona görə də mütləq 7 rayonu qaytaracaqlar. Ancaq Dağlıq Qarabağ məsələsi hələ gündəmdə xeyli qalacaq. Çünki statusu müəyyən deyil. Qarabağın statusu ilə bağlı əlavə danışıqlar olacaq. Məntiqlə Qarabağın statusunun müəyyənləşdirilməsi uzaq illərin işidir”.
Rüstəm Məmmədov qeyd edib ki, rəsmi Moskva başqa dövlətlərə imkan verməyib bu prosesin nizamlanmasını öz üzərinə götürməyə çalışır: “Rusiya Ermənistanın addımlarından narazıdır. Hiss olunur ki, Rusiyanın Ermənistanı dəstəkləmək fikri yoxdur. Ona görə də Moskva İrəvanı sıxacaq. Sıxmasa, Ermənistan heç 7 rayonu da qaytarmayacaq. Azərbaycan cəmiyyəti də artıq müharibəyə hazırdır. Rusiya Ermənistanı qoruya bilməyəcək, nəticədə birmənalı şəkildə Ermənistan dağılacaq. Başa düşürlər ki, Azərbaycanın bu iddiası qarşısında heç nə edə bilməyəcəklər”.
Xalqların sülhə hazırlanması ideyasına gəlincə, Rüstəm Məmmədov qeyd edib ki, bunu Ermənistan məcburi irəli sürür: “Çünki başqa əlacı yoxdur, görürlər ki, Azərbaycan müharibə deyir, müharibə isə Ermənistan üçün ölüm deməkdir”.



Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər