21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
Vüqar Rəhimzadə: "Azərbaycan dünyaya mütləq Qələbənin nümunəsini təqdim etdi"
Tarix: 14-04-2026 16:49 | Bölmə: Siyasət

Sabitliyin, təhlükəsizliyin qorunması Azərbaycanın həyata keçirdiyi siyasətin əsas tərkib hissələridir. Daim sülhün tərəfdarı olan ölkəmizin ədalətin və beynəlxalq hüququn təmin edilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə dünyanın diqqətindədir. Azərbaycan dövlətinin göstərdiyi səylər, qətiyyət özündə mühüm çağırışları ehtiva edir. Torpaqları işğal edilən, bir milyondan çox əhalisi qaçqın və köçkün vəziyyətinə düşən Azərbaycan olduğu halda dünyanın əksər gücləri Ermənistana maddi və mənəvi dəstək göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin işğalçının adını çağırmadan sülh danışıqlarının uğurlu nəticələr verəcəyi ilə bağlı qeyri-real düşüncələri sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.
Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Minsk qrupu 30 illik işğal dövründə fəaliyyətini yalnız regiona nəticəsiz səfərlər etməkdə, danışıq xatirinə danışıqların təşkilində gördü. Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, bizim danışıq xatirinə danışıq aparmaq fikrimiz yoxdur. Azərbaycanın əsas çağırışlarından biri bu idi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunu seçəcəyimiz şəksizdir. Azərbaycan düşmənlə mübarizədə informasiya cəbhəsi ilə yanaşı, döyüş meydanında da qələbə qazanacağına tam əmin idi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışını edən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı iqtisadi uğurlar bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirdi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının, döyüş ruhunun artırılması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter aldı. Bu gün əminliklə qeyd edirik ki, Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir. Bu reallıq Azərbaycanın keçdiyi yolun təqdimatıdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsini həyata keçirdiyi siyasətin önündə saxlayaraq Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inamla tarixi Zəfərə doğru apardı. 22 illik Prezidentlik dövrünun 17 ili ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə hazırlığa həsr edildi. Ölkəmiz bütün sahələrdə daha da gücləndi, diplomatik uğurlarımızın miqyası genişləndi, ordumuz Qələbəyə hazırlandı. Gənclərin vətənpərvəlik ruhunda tərbiyəsi əsas prioritetlər sırasında oldu. Azərbaycan əsgəri hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini səbirsizliklə gözlədi. Təbii ki, bu, onlarda Vətən, torpaq sevgisinin böyüklüyündən, xalqımızın yenilməzliyindən və məğrurluğundan irəli gəlirdi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan dövlətinin və xalqının səbr kasasını doldurdu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri Azərbaycan əsgərini daha da ruhlandırdı, onların torpaqlarımızın azadlığa qovuşması üçün daha böyük səylər göstərmələrinə stimul verdi. 44 gündə Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi dövlətimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyətinin təqdimatı oldu. 44 günün hər günü Azərbaycan tarixinə uğur, zəfər səhifəsi kimi yazıldı.
Vətən müharibəsi xalqımızın əyilməz ruhunu, iradəsini, dövlətimizin gücünü dünyaya nümayiş etdirdi. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün vəzifələr təmin edildi. “Dəmir yumruq” 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da işğalçıların torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da üçtərəfli Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. 2020-ci il noyabrın 10-da imzalanan Bəyanat xalqımızın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, qəhrəman hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil.
Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsindən lokal antiterror əməliyyatına qədər keçən dövrün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu, Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda ucaldıldı. Bununla da qalib, bütövləşən Azərbaycanın həyatında yeni dövr başladı. Azərbaycanın dünyaya nümunə olan mütləq qələbəsini şərtləndirən amillər təbii ki, əsgər və zabitlərimizin qəhrəmanlığı və rəşadəti, ölkə Prezidentinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, liderliyi, qətiyyəti və prinsipiallığıdır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Millət vəkili bildirib ki, yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın mövqeyinə verilən önəm səbəbsiz deyil. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll edilməsinə səy göstərir. Azərbaycanın dünyaya nümayiş etdirdiyi sülh təcrübəsi hazırda keçirilən bütün beynəlxalq tədbirlərdə təqdir edilir, nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda bu uğurumuzu xüsusi qeyd etdi. Bildirdi ki, biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. O da qeyd edildi ki, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.
Vüqar Rəhimzadə vurğulayıb ki, artıq 4 ildir Rusiya ilə Ukrayna arasında müharibə gedir. Saysız-hesabsız itkilərlə, iqtisadiyyatın, infrastrukturun məhvi ilə müşayiət olunan bu müharibənin başa çatacağına hələ də ümid yoxdur. Həmçinin ilk saatlarında qısa müddətdə başa çatacağı düşünülən ABŞ, İsrail- İran müharibəsinin artıq 40 gündür davam etməsi, atəşkəs və sülh təşəbbüslərinin hansı nəticə verəcəyi hələ ki, bəlli deyil. Bu müharibənin gedişində münaqişə tərəfi olan ölkələrlə yanaşı, dünya iqtisadiyyatına dəyən ziyan və qeyri-müəyyənlik diqqətdən kənarda qalmır. Bütün bunların fonunda Azərbaycanın 44 gün ərzində tarixi Zəfərə imza ataraq mütləq Qələbənin nümunəsini təqdim etməsindən hər birimiz böyük qürur hissi ilə bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, son beş ildə dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.
Baxış sayı: 401
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi