Bütün xəbərlər
Politoloq: Azərbaycan-Rusiya münasibətləri iki ölkənin liderlərinin səyi nəticəsində inkişaf edir
Tarix: 15-04-2019 12:48 | Bölmə: Siyasət

                      

Azərbaycan-Rusiya münasibətləri iki ölkənin liderlərinin səyi nəticəsində inkişaf edir.
Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Z.Məmmədov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında iki ölkənin liderlərinin bir-birinə yanaşması, yaxşı münasibəti və xarici siyasətdə bir-birinin mövqeyini başa düşməsi əsas amillərdən biridir:
"Son zamanlar Azərbaycan təkcə Qərb və Şərq istiqamətində layihələr gerçəkləşdirmir, eyni zamanda, Şimal-Cənub layihəsinin reallaşmasının şahidi olduq. Bildiyiniz kimi, Ermənistan bu layihənin oyunçularından biri olmaq istəyirdi. Bu layihənin Ermənistan, Gürcüstan və Rusiya vasitəsilə həyata keçirilməsi nəzərdə tutulurdu, lakin Azərbaycan vasitəsilə reallaşdı. Necə ki, Şərq-Qərb layihəsi də Azərbaycan vasitəsilə həyata keçdi".
Politoloq vurğulayıb ki, bir sıra qüvvələrin Azərbaycan-Rusiya münasibətlərinə mane olmaq istəməsi və əlaqələrin pisləşməsində maraqlı olmasına baxmayaraq, iki ölkənin liderlərinin səyi nəticəsində bu münasibətlər inkişaf etməkdədir.



Baxış sayı: 612


Bölməyə aid digər xəbərlər