16:44 / 26-02-2026
Kuryer saxlanılıb
Bütün xəbərlər
Boçorişvili: "Rusiyaya qarşı sanksiyalar Gürcüstanın özünə zərər verəcək"
Tarix: 26-02-2026 17:40 | Bölmə: Siyasət

Gürcüstan hakimiyyəti respublikanın özünə zərər vermək qorxusundan Rusiya əleyhinə sanksiyalar tətbiq etmir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Rusiyaya qarşı sanksiyaları təsirsiz ola bilər.
Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik və tətbiq etmirik, çünki bunun Rusiyaya demək olar ki, heç bir təsiri olmayacaq, lakin Gürcüstana çox əhəmiyyətli təsir göstərəcək.
Keçmiş Baş nazir İrakli Qaribaşvili 2022-ci ilin fevral ayında ölkənin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına cavab olaraq Qərbin tətbiq etdiyi Rusiya əleyhinə sanksiyalara qoşulmayacağını bildirmişdi.
Eyni zamanda, Gürcüstan maliyyə və sərhəddən malların daşınması ilə bağlı beynəlxalq anti-Rusiya sanksiyalarına əməl edir.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
23-02-2026, 20:07 Medvedev Kim Çen Inı