Bütün xəbərlər
Hərbi çevriliş bitdi: nazir ölkə rəhbəri oldu
Tarix: 12-04-2019 10:22 | Bölmə: Siyasət

                            



Sudan Müdafiə naziri Avad bin Auf dünən prezident Ömər Əl Bəşirdən sonra yaranan keçid hökuməti hərbi şurasının rəhbəri seçilib.
Axar.az xəbər verir ki, bu məlumatı Sudan Dövlət Televiziyası yayıb. Məlumata görə, hərbi şuraya rəhbər gətirilən Aufun andiçmə mərasimi baş tutub. Baş Qərargah rəisi Kamal Abdel Maaruf isə Avad bin Aufa müavin gətirilib.
Qeyd edək ki, dünən Sudanda hərbi çevriliş baş tutub, Prezident Ömər Bəşir devrilib, ölkəni keçid dövründə idarə etmək üçün Hərbi Şura yaradılıb. Hərbi Şuranın ölkəni iki il ərzində idarə edəcəyi vurğulanıb.
Ölkədə Konstitusiyanın fəaliyyəti dayandırılıb və 3 aylıq fövqəladə vəziyyət tətbiq edilib, ölkənin hava məkanı 1 sutkalıq qapadılıb.



Baxış sayı: 610


Bölməyə aid digər xəbərlər