12:40 / 12-02-2026
Casusluqda ittiham olunub
09:16 / 12-02-2026
Qaz balonu partlayıb
19:57 / 11-02-2026
Dam qismən uçub
Bütün xəbərlər
Dmitriyev Starmerə istefasını uzun sürən qalmaqala çevirməməyi məsləhət gördü
Tarix: 12-02-2026 19:35 | Bölmə: Siyasət

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev sosial media platforması X-də bir daha Böyük Britaniyanın Baş naziri Keir Starmerə müraciət edərək, ona qaçılmaz istefasına müqavimət göstərməməyi məsləhət gördü.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dmitriyev öz hesabında "Huffpost" nəşrinə şərh verərək, Britaniya baş nazirini "trol etmək" istəyinə qarşı çıxa bilmədiyini qeyd etdi.
"Və Starmer nə müqavimət göstərməli, nə də istefasını Britaniya tarixindəki ən uzun sürən və alçaldıcı ictimai fiaskoya çevirməməlidir", - deyə Dmitriyevin paylaşımında bildirilir.
Daha əvvəl RDIF rəhbəri miqrantların artıq Britaniya rəhbərliyini, hökumətini və mediasını idarə etdiyi fikrini də bildirmişdi.O, həmçinin Starmeri dəfələrlə öz işçi heyətinin üzvlərinin nümunəsindən istifadə edərək istefa verməyə çağırdı.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər