22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Qırğızıstan Parlamentinin sədri istefa verib
Tarix: 12-02-2026 09:11 | Bölmə: Siyasət

Qırğızıstan Parlamentinin sədri Nurlanbek Turqunbek Uulu istefa verib. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 12 fevral cümə axşamı keçirilən iclasda istefa verdiyini açıqlayıb.
Parlament üzvü istefa qərarını şəxsən və təzyiq olmadan verdiyini bildirib.
"Ölkədə baş verən siyasi hadisələrlə əlaqədar olaraq, bir və ya iki nəfərə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm; mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Mən könüllü istefa vermək qərarına gəldim. Bu, mənim xarici təzyiq olmadan verilən şəxsi qərarımdır", - deyə, Turqunbek Uulu "İnterfaks" agentliyinə bildirib.
Turqunbek Uulu 17 dekabr 2025-ci ildə Qırğızıstan Parlamentinin sədri seçilib.
Bu həftənin əvvəlində Qırğızıstan prezidenti Sadır Japarovun Baş nazirin müavini və ölkənin kəşfiyyat orqanının rəhbəri Kamçıbek Taşiyevi vəzifəsindən azad etdiyi bildirilib.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər