07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Vitkoff: "BƏƏ görüşündə atəşkəsin tətbiqi yolları müzakirə olunub"
Tarix: 05-02-2026 23:19 | Bölmə: Siyasət

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun sözlərinə görə, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı Rusiya, ABŞ və Ukrayna nümayəndələri atəşkəsin tətbiqi üsullarını müzakirə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, X sosial media səhifəsində 4 və 5 fevral tarixlərində Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ikinci raundunun nəticələrini ümumiləşdirib. O, görüşün konstruktiv olduğunu və iştirakçıların davamlı sülh üçün şərait yaratmağa yönəldiyini bildirib.
"İki gün ərzində nümayəndə heyətləri atəşkəsin tətbiqi və hərbi fəaliyyətin dayandırılmasının monitorinqi üsulları da daxil olmaqla, həll olunmamış məsələlər üzrə geniş müzakirələr aparıblar", - Vitkoff yazıb.
ABŞ Prezidentinin nümayəndəsi əlavə edib ki, müzakirələr yaxın həftələrdə də davam edəcək.
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirak etdiyi əvvəlki danışıqlar raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. Rusiya nümayəndə heyəti yalnız Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət olub. Təhlükəsizlik məsələləri üzrə işçi qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi admiral İqor Kostyukov rəhbərlik edirdi.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər