21:38 / 28-01-2026
Quyuya düşən uşaq ölüb
Bütün xəbərlər
General rütbəsi verilən gömrükçülər kimlərdir?
Tarix: 29-01-2026 21:30 | Bölmə: Siyasət

general-rutbesi-verilen-gomrukculer-kimlerdir



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına ali xüsusi rütbələr verilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən  general-mayor ali xüsusi rütbəsi verilən gömrükçülərin dosyesini təqdim edir:

Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Fuad Mikayıl oğlu Aslanov (47 yaş) – əvvəllər DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.


Elmir Bahadur oğlu Ramazanov (38 yaş) - daha əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışıb. 2023-cü ildən indiyə kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir.
Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova da general-polkovnik ali xüsusi rütbəsi verilib.







Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər