Bütün xəbərlər
Rusiya səfiri: "Venesuela hərbçiləri ABŞ hücumu zamanı "İqla" daşına bilən hava hücumundan müdafiə sistemlərindən istifadə ediblər"
Tarix: 26-01-2026 17:02 | Bölmə: Siyasət

Venesuela müdafiəçiləri ABŞ hücumu zamanı ən azı iki dəfə "İqla-S" daşına bilən hava hücumundan müdafiə sistemlərindən istifadə ediblər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Venesuela və Haitidəki fövqəladə və səlahiyyətli səfiri Sergey Melik-Bağdasarovun sözlərinə görə, diplomat "Rossiya 24" kanalında Sergey Brilevə verdiyi müsahibədə Venesuela hərbçilərinin bu silahlarla bağlı kifayət qədər təcrübəsi olmadığını qeyd edib.
"İqla" atəşləri olub. Mənə ən azı iki atəş olduğunu dedilər və hər iki İqla hədəfi dəqiq vura bilməyib. Mən hərbçilərə gedib soruşdum ki, bu, necə mümkündür?".
3 yanvarda ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edib. Amerika əməliyyatı zamanı Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores qaçırılıb və ölkədən çıxarılıblar.
Rusiya səfiri müsahibəsində həmçinin vurğulayıb ki, əməliyyat zamanı amerikalılar onların yolunda duran hər kəsi öldürmək üçün atəş açıblar.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər