Bütün xəbərlər
Ryabkov: "Rusiyanın Maduronun oğurlanması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır"
Tarix: 25-01-2026 14:25 | Bölmə: Siyasət

Rusiya ABŞ-ın yanaşmasına əsaslanaraq Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı mövqeyini dəyişmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu TASS-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, əməliyyat beynəlxalq hüququn bir çox müddəalarını kobud şəkildə pozaraq həyata keçirilib.
"Başa düşürəm ki, ABŞ administrasiyası bütün bunlara fərqli yanaşır. Lakin bizim yanaşmamız dəyişməz olaraq qalır. Venesuela prezidentinin ələ keçirilməsi xəbəri gəldikdən sonrakı ilk saatlardan etibarən onun azad edilməsi məsələsini qaldırırıq", - deyə, o qeyd edib.
Ryabkov suveren dövlətin ən yüksək vəzifəli şəxsinin mütləq hüquqi toxunulmazlığa malik olduğunu və buna görə də ABŞ-ın oğurluq əməliyyatının "özbaşına və qanunsuz" olduğunu xatırladıb.
3 yanvar 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun və həyat yoldaşının tutulduğunu və ölkədən çıxarıldığını elan etdi. Vitse-prezident Delsi Rodriges Venesuelaya rəhbərlik etməyi öz üzərinə götürüb.İlk məhkəmə iclasında Maduro narkotik qaçaqmalçılığı ittihamlarını rədd etdi və özünü dürüst insan kimi təsvir etdi. Növbəti məhkəmə iclası 17 mart tarixinə təyin edilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər