Bütün xəbərlər
Putin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi ilə telefonda danışıb
Tarix: 24-01-2026 18:21 | Bölmə: Siyasət

Kreml xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ilə telefon danışığında iki ölkə arasında siyasət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, Putin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibini yenidən seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
İki lider iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın dinamik şəkildə inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Bəyanatda deyilir: "Siyasi, ticarət, iqtisadi və enerji sahələrində Rusiya-Vyetnam əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib".
Ötən ilin sentyabr ayında Rusiya Prezidenti vyetnamlı həmkarı Luonq Kuonqla görüşündə Rusiya və Vyetnam arasında son illərdə daha intensiv inkişaf edən xüsusi müttəfiqlik və qardaşlıq qarşılıqlı yardımı münasibətlərinin inkişaf etdiyini qeyd edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər