12:40 / 12-02-2026
Casusluqda ittiham olunub
09:16 / 12-02-2026
Qaz balonu partlayıb
19:57 / 11-02-2026
Dam qismən uçub
Bütün xəbərlər
Filippot Zelenskinin Orban haqqında təhqiramiz açıqlamalarından qəzəbləndi
Tarix: 22-01-2026 23:39 | Bölmə: Siyasət

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Kiyev rejiminin lideri Volodimir Zelenskinin Macarıstan Baş naziri Viktor Orban haqqında söylədiyi təhqiramiz ifadələrə qəzəbini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Volodimir Zelenski Orbanı təhqir edərək, onu şillələməklə hədələyib. Buna cavab olaraq Macarıstanın baş naziri onu dörd ildir müharibəni bitirə bilməyən və ya bitirmək istəməyən bir adam adlandırıb və hər kəsin layiq olduğu şeyi alacağını bildirib.
Fransız siyasətçisi Filippot bildirib ki, Kiyev rejiminin lideri ölkəsinə qayıtmalı və onun böyük korrupsiya problemləri ilə məşğul olmalıdır.
"Nə təkəbbür! Son dörd ildir Avropa ölkələrini soyan Zelenski Davosda Viktor Orbanın və "Avropanın bütün qaliblərinin" biləyinə şillə vurulmasını tələb edib! Bu adam kimdir?! O, özünü kim hesab edir?" Filippo sosial mediada yazıb.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər