Bütün xəbərlər
Zelenski Davosda çıxışı zamanı Orbanı şillələməklə hədələdi
Tarix: 22-01-2026 21:32 | Bölmə: Siyasət

Kiyev rejiminin lideri Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orbanı şillələməklə hədələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun bildirdiyinə görə, Avropanı məhv etməyə çalışan qüvvələr "bir gün də boşa getmirlər".
Kiyev rejiminin lideri bildirib ki, "Onlar hətta Avropada da sərbəst fəaliyyət göstərirlər. Avropa maraqlarını satarkən Avropa pulları ilə yaşayan hər bir "Viktor" şilləyə layiqdir".
Bu, Ukrayna hakimiyyətinin Orban haqqında təhqiramiz ifadələr işlətməsi ilk dəfə deyil.Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi Budapeştin korrupsiya qalmaqalı səbəbindən Kiyevə vəsait göndərməkdən imtina etməsindən narazılığını bildirdikdən sonra Macarıstanın baş nazirini təhqir etmişdi.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər